Bu gün Haaqa Beynəlxalq Məhkəməsində Bosniya serbi, general Zdravko Tolimirin məhkəməsi başlayır. O 1995-ci ilin iyul-noyabr aylarında Srebrenitsa şəhərinin müsəlman əhalisinin kütləvi qırğınında ittiham olunur.
İttiham aktında deyilir ki, general Tolimir 1700-dən artıq müsəlmanın qırılmasına rəhbərlik edib.