Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin martın 1-də Azərbaycana gəlir. Səfər martın 5-dək davam edəcək.
Avropa Şurasının Bakı ofisinin verdiyi məlumata görə, Hammerberq əsasən media azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası mövzularında müzakirə edəcək.
Səfər zamanı Komissar Hammarberq Respublika Prezidenti, Xarici İşlər Naziri, Ədliyyə Naziri və Daxili İşlər Naziri ilə, habelə Baş Prokurorla və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin Rəhbəri ilə görüşməyi planlaşdırır. Daha sonra Ombudsmanla və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər planlaşdırılır.
Komissarın planında Naxçıvan Muxtar Respublikasına baş çəkmək də var.
Səfərin sonuncu günü - martın 5-də Avropa Şurasının Bakıdakı Ofisində Tomas Hammarberq mətbuat konfransı keçirəcək.
Bu, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin ölkəyə ikinci səfəridir.