Əfqanıstanın xüsusi xidmət orqanları talibançıların hücumlarının televiziya ilə canlı yayımlanmasına qadağa qoyublar. Səbəb kimi o göstərilir ki, belə canlı yayım terrorçuların xeyrinə işləyir.
Milli Təhlükəsizlik Nazirliyinin sözçüsü Səid Ənsari deyib ki, qadağanı pozan jurnalistlərə qarşı cəza tədbirləri görüləcək.