Avropa Şurasının İnsan haqları üzrə komissarı Tomas Hammarberq Culfa rayonunun Bənəniyar kəndində olacaq. Martın 2-də Naxçıvan MR-na səfərə gələn cənab Hammarberq və onu müşayət edən qonaqlar ilk olaraq Naxçıvandakı hüquq müdafiəçiləri ilə görüşüb.
MR-da fəaliyyət göstərən «Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi»nin və «Rerportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun» əməkdaşları ilə bölgədə insan haqları və söz azadlığının vəziyyəti, eləcədə Bənəniyarda baş verən hadisələrlə bağlı geniş müzakirələr aparılıb. İki saata yaxın davam edən görüşdə Resurs Mərkəzinin əməkdaşlarına qarşı edilən zorakılıq və Mərkəzdə uzun müddətli vergi yoxlamalarının aparılması da müzakirə olunub.
Martın 3-də İnsan haqları üzrə komissar Ali Məclisin sədri Vasif Talıbovla görüşəcək. Daha sonra qonaqlar MR Ombudsman aparatında və Psixi xəstəliklər dispanserində olacaqlar. Rəsmi görüşlərdən sonra T. Hammarberq Culfa rayon Bənəniyar kəndinə gedərək Rza Nuriyevin yas mərasimində iştirak edəcək. Hammarberqin Azadlıq radiosuna verdiyi məlumata görə onlar kənd sakinləri və məscidin axundu ilə də görüşməyi planlaşdırırlar.
T. Hammarberqi Avropa Şurasının bir neçə nümayəndəsi ilə bərabər AŞ-nın Bakıdakı təmsilçisi Veronika Kotek də müşayət edib. Qonaqlar martın 3-ü axşama doğru Bakıya dönəcəklər.