«8 Martla əlaqədar Azərbaycanda hansısa məktəbdə direktor tərəfindən pul yığılması faktı aşkarlanarsa, həmin direktor vəzifəsindən azad olunacaq».
Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib.
Nazirin sözlərinə görə, artıq onlara bəzi məktəblərdən bununla bağlı müəyyən məlumatlar daxil olur.
Misir Mərdanov əlavə edib ki, «məktəb direktoru bu işlərlə məşğul olarsa, belə hallar aşkarlanarsa, onlar vəzifədən azad olunacaq və müxtəlif intizam tədbirləri görüləcək. Heç kəsin belə bir addım atmağa ixtiyarı yoxdur, xüsusilə də müəllimlərin».
Nazir ötən il «müəllimlər günü» ərəfəsində də belə faktlar aşkarlandığını və bu işlə məşğul olan şəxslər barəsində müvafiq tədbirlər görüldüyünü açıqlayıb. /APA/