Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:09

İşləməyə qərib ölkə...


Bakı Dəmiryol Vağzalı
Bakı Dəmiryol Vağzalı
Bakı Dəmiryol Vağzalında Rusiyaya gedənlər və gələnlər nə qədər çox olsa da, gələnləri qarşılayan, gedənləri yola salan azdır. Gəlib-gedənlərin çoxu 30-45 yaşında olan kişilərdir.

Ölkəyə qayıdan Şəmkir sakini Aslan Babayev neçə ildir Rusiyada alverlə məşğuldur. Deyir ki, əvvəllər alverlə işi daha yaxşı olub, indi bir az zəifdir:

«Əvvəlcə oradakı topdansatış qiymətlərlə maraqlanırıq. Sonra gəlib burdan rayonlardan meyvə-tərəvəz aparırıq. İndi satış elə də yaxşı deyil. Ancaq məcburuq, gedib satmalıyıq, çünki burda özümə iş tapa bilmirəm…»

Aslan Babayev deyir ki, indiki gəlirlərindən razı olmasa da, ailəsini dolandıra bilir:

«Hər halda, burdan yaxşıdır, heç olmasa bilirəm ki, ailəm ac qalmır, başımızı saxlayırıq…»

94 MİLYONDAN ÜZÜ AŞAĞI...

Rusiya Mərkəzi Bankının xəbərinə görə, keçən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib. Bu əvvəlki illə müqayisədə 26 faiz azdır.

2006-cı ildə isə Rusiya Mərkəzi Bankının məlumatında deyilirdi ki, 3 ay ərzində Rusiyada yaşayan azərbaycanlılar öz ailələrində 94 milyon dollar pul göndəriblər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin həmsədri Rövşən Ağayev deyir ki, bu, Rusiyada işləyən əmək miqrantlarının geri qayıtması ilə bağlıdır. Səbəb də Rusiyadakı böhrandır:

GEDƏN ÜMİDSİZ, GƏLƏN CİBİBOŞ

«İndi Rusiya iqtisadiyyatında vəziyyət ağırdır. Rusiyada işləyən azərbaycanlı əmək miqrantlarının çoxu əsasən iki sektorda –ticarətdə və tikintidə işləyirlər. Rusiya iqtisadiyyatında ümumdaxili məhsul 10 faiz azalıb. İşgüzar fəallıq da aşağı düşüb. Rusiyada fəallığın aşağı düşməsi insanların gəlir əldə etmək imkanlarını da azaldıb. Bu il qayıdanların sayı çoxdur. Gedənlərin də çoxu ümidsiz gedir. Şəxsən onlarla adam tanıyıram ki, əsasən vəziyyətin necə olmasını öyrənməyə gedirlər. Gedib qalırsa da, pul göndərmək imkanları məhduddur. Ancaq özlərini saxlayırlar».

Rövşən Ağayev
Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Nazim Məmmədov isə deyir ki, səbəblərdən biri Rusiyadakı iqtisadi böhrandırsa, digəri Azərbaycanda yaşayış səviyyəsinin yüksəlməsiylə bağlıdır:

«SƏBƏB ÖLKƏDƏKİ İQTİSADİ YÜKSƏLİŞDİR»


«Azərbaycanlıların çoxu Rusiyaya 90-cı illərin ortalarında getmişdilər. Rusiyadakı iqtisadi böhrana görə, onların çoxu geri dönür. Ancaq əsas səbəb ölkədə iqtisadi vəziyyətin yüksəlişidir. Regionlarda iş yerləri açılır, bu iş yerlərinin əksəriyyətində Rusiyadan gələn insanlar işləyir. Əsas Azərbaycanda vəziyyətin yaxşılaşması ilə bağlıdır».

Bakının Dəmiryol Vağzalında qardaşı oğlunu Tümendə işləyən oğlunun yanına göndərən Rafael Məmmədov isə millət vəkili ilə razı deyil. O özü Şamaxıda yaşayır. Deyir ki, qardaşı oğlunu Rusiyaya işsizliyə görə yola salır:

«Yazıq getməyib neyləsin? İş yox, güc yox. Cavan uşaqlar nə qədər boş-bekar gəzsinlər. Orada vəziyyət nə qədər çətin olsa, burdan yaxşıdır, getməyə məcburdurlar. Ticarətlə, alverlə başlarını dolandırırlar. Başını aşağı salıb işləsən, heç kimin səndə işi olmaz».
Rəsmi rəqəmlərə görə, Rusiyada 1 milyona yaxın, qeyri-rəsmi rəqəmlərə görə 2 milyondan artıq azərbaycanlı miqrant işləyir.
XS
SM
MD
LG