Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

«Türkiyəyə təzyiqlər olunur»


İlqar Məmmədov
İlqar Məmmədov
«Türkiyəyə təzyiqlər olunur». Bu fikri ReAL Vətəndaş Birliyinin həmtəsisçisi İlqar Məmmədov «İşdən sonra»da səsləndirib:

- İki il Türkiyə-Ermənistan arasındakı protokol üzərində gərgin iş getdi. Birdən- birə Ermənistan Konstitusiya Məhkəməsi elə qərar qəbul etdi ki, Türkiyəyə təzyiqlər edilməyə başlandı ki, protokol ratifikasiya edilsin. Bu isə olan iş deyil. Türkiyə faktiki hücuma keçib, çünki ona qarşı göstərilən bu münasibət ədalətli deyil. Ermənistan Türkiyəyə qarşı ərazi iddialarını bir daha təsdiqlədi. Bu isə Türkiyə tərəfindən qəbul edilən deyil. Əgər bu dialoqdursa, əməkdaşlıqdırsa hər tərəf nə isə verib nə isə alıb. Türkiyə sərhədi açıb özünün Azərbaycanla münasibətlərini çətin vəziyyətə gətirir və buna razıdır. Bu siyasətin düz olduğunu düşünüb. Amma Ermənistan da əvəzində nə isə verməli idi.

İlqar Məmmədov Azərbaycan Avrointeqrasiya komitəsinə verdiyi təklif barədə də danışıb:

- Mən təklif etmişəm ki, həmin komitədə bir heyət təşkil olunsun. Birləşmiş Ştatlara bu il aprelə qədər bir heyət getsin, bu heyət Konqresdə, Senatda vəkillik görüşləri keçirsin və Azərbaycan sivil toplumunun fikrini onlara çatdırsın. Türkiyəyə qarşı bu haqsızlıq heç də xoş təsir yarada bilməz. Ona görə də Avropa ədalətsizlik edəcəksə, Azərbaycanda Avropaya meyl azalacaq. Amerika təsir göstərəcək, Azərbaycanda Amerikaya meyl azalacaq, Avrointeqrasiya prosesi çətinliklərlə üzləşəcək. Siyasəti yönəldənlər bilməlidirlər ki, ziyan təkcə Türkiyə - Amerika, Türkiyə - Ermənistan münasibətlərinə dəyməyəcək, həm də Azərbaycanın Avroatlantik məkanla münasibətlərinə zərbə vurulacaq.

PROQRAMI DİNLƏYİN.

/Hazırladı: Gülər Qasımova/
XS
SM
MD
LG