Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:09

Türkiyə ABŞ-dakı səfirini geri çağırıb


Türkiyə ABŞ-dakı səfirini geri çağırıb. Martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ermənilərin qondarma «soyqırımı»na dair qətnamə qəbul edib. 23 nəfər sənəndin lehinə, 22 nəfər əleyhinə səs verib, sənəd 1 səs çoxluğu ilə keçib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, qətnamənin qəbulu ABŞ-Türkiyə əlaqələrinə ziyan vuracaq və müsəlman Türkiyəsi ilə xristian Ermənistan arasında normallaşma səylərini şübhə altında qoyacaq.

Prezident Abdulla Gül isə bu qərarın türk xalqı tərəfindən tanınmadığını, bu addımın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına, xalqlar arasında dostluq münasibətlərinin qurulmasına ziyan vurduğunu bildirib .

Ermənistan Xarici Əlaqələr Komitəsində gedən səsvermənin insan haqlarının qorunması kimi dəyərləndirib.

Komitə səviyyəsində qəbul edilən sənəd Nümayəndələr Palatasının, sonra isə Senatın müzakirəsinə çıxarılmalıdır.

2007-ci ildə eyni qanun layihəsi Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilmiş, lakin Nümayəndələr Palatasının gündəliyinə salınması üçün kifayət edəcək qədər dəstək qazanmamışdı.
XS
SM
MD
LG