Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:00

6 əsgərin məhkəməsi başlayıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə ADP-nin sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Altay Məmmədovun və daha 5 nəfərin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Rəşid Hüseynov sədrlik edir.

İbtidai istintaq orqanı Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissəsinin əsgərləri Altay Məmmədovu, Əziz Abdullayevi, Rəşad Rzayevi, Vahid Əhmədovu, Elvin Qurbanovu və Adil Xiyilovu əsgər yoldaşlarına qarşı təhqiredici hərəkətlərdə və işgəncələrdə təqsirləndirir.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini ittihamlar üzrə təqsirli bilməyiblər.

Təqsirləndirilənlərdən biri Altay Məmmədov «Hürriyyət» qəzetinin redaktoru Süleyman Məmmədlinin oğludur. O, 2009-cu il oktyabrın 6-da hərbi xidməti başa vuraraq ordudan tərxis olunub. Bundan 1 ay sonra onu əsgər yoldaşına qarşı təhqiramiz hərəkətlərdə təqsirləndirərək həbs ediblər.
XS
SM
MD
LG