Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Polşada kölə kimi işlədilmiş azərbaycanlıları azad edirlər


Doqquz ay Polşada həbsxanada qalmış üç nəfər azərbaycanlı azad edilir. Ölkənin şərqindəki Bialystok şəhər məhkəməsi bu ngün onların azad edilmələri barədə qərar çıxarıb. ATƏT-in təyin etdiyi vəkil Antoni Szymkuc AzadliqRadiosunun əməkdaşına bildirib ki, azərbaycanlılar elə bu həftə evlərinə dönəcəklər.

Vaqif, Rafiq və Qədim adlı bu Azərbaycan vətəndaşları yarım ilə yaxın Zielona Gora şəhərində saxta siqaret istehsal edən bir fabrikdə kölə kimi işlədilmişdilər. Keçən ilin mayında polis onları həmin fabrikdən azad edib dərhal sonra da saxta mal istehsalı ittihamı ilə həbs etmişdi. Bu ittiham sübut olunsa, onları beş illik azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Bugünkü məhkəmədə isə azərbaycanlılar hətta vəkilin gözləmədiyi halda ittihamları qəbul etdiklərini, hakimin qərarı ilə razılaşacaqlarını deyiblər. Hakim isə artıq həbsdə kifayət qədər qaldıqlarını deyərək onların azadlığa buraxılmaları barədə qərar verib.

Vəkil isə bildirib ki, bu adamların heç bir günahı olmayıb, əksinə onlar əsl bir insan al-veri qurbanı olublar. Amma indi əsas məqsədləri azadlığa çıxmaq olduğundan ittihamları qəbul ediblər.
XS
SM
MD
LG