Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:05

«Yaşayış-Tikinti Bankları» haqqında qanun layihəsi hazırlanır


Azərbaycan Mərkəzi Bankı «Yaşayış-Tikinti Bankları» haqqında qanun layihəsi üzərində çalışır. Bu barədə məlumatı AzərTAc yayıb.

Bank ölkədə ipoteka bazarını aktivləşdirmək məqsədi ilə alman modelini tətbiq etməyi nəzərdən keçirir. Hazırda məsələ ilə bağlı maliyyə qurumları ilə danışıqlar aparılır.

Bu barədə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib ki, layihənin qəbulu və tətbiqi nəticəsində ipoteka sahəsində daha yaxşı nəticələrin əldə olunacağına gətirib çıxaracaq:

«Yaşayış-tikinti banklarının fəaliyyətinin mahiyyəti ondan ibarətdir ki, vətəndaşların vəsaitinin həmin banklara yatırılması müqabilində onlar daha böyük məbləğdə ipoteka kreditləri əldə etmək imkanı qazana biləcəklər».
XS
SM
MD
LG