«2006-cı ildən Azərbaycana Bosniya və Serbiyadan 1500 əcnəbi işçi gətirən «SerbАz» şirkəti 10 milyon manata yaxın pulu dövlət büdcəsindən gizlədib».
Bunu «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin sədri Əlövsət Əliyev AzadlıqRadiosdunun «İşdən Sonra» proqramında deyib. Onun sözlərinə görə, əslində şirkət hər əcnəbi işçiyə görə 1000 manat dövlət rüsumu ödəməli idi. Eyni zamanda həmin fəhlələrlə əmək müqaviləsi bağlanandan sonra hər fəhləyə görə sosial müdafiə fonduna və digər xərclər üçün də 25 faiz pul ödəməli idi. Əlövsət Əliyev deyir ki, sadalanan bu ödəmələrin heç biri olmadığından təkcə 1500 əcnəbi fəhləyə görə «SerbАz» şirkəti 10 milyon manata yaxın pulu Azərbaycanın dövlət büdcəsindən gizlədib.
NAZİRLİYƏ 10 DƏFƏDƏN ÇOX MƏKTUB...
Əlövsət Əliyev deyir ki, bütün sadalanan faktları toplayaraq dövlət orqanlarına müraciət etsələr, də müsbət nəticəyə nail ola bilməyiblər.
«SerbAz»la bağlı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 dəfədən çox məktub yazdıq ki, bunlar heç olmasa cərimə edilməlidirlər, cərimə də etmədilər, bizə cavab verdilər ki, mühüm obyektlərin tikintisinə cəlb edildiklərinə görə, onlara müstəsna hal kimi icazə verilir».
Əlövsət Əliyev qanunvericilikdə belə müstəsna hal nəzərdə tutulmadığını deyir.
Birlik rəhbərinin sözlərinə görə, Bosniya və Herseqovinada Azərbaycana fəhlə gətirən «SerbАz» rəhbərləri barəsində cinayət işi başlanılıb, amma Azərbaycanda həmin faktla bağlı cinayət işinin başlanılmayıb.
«Baş prokurorun fəaliyyətsizliyindən - yəni cinayət barədə məlumat vermişdik amma cinayət işini başlamalı olduğu halda bunu etməmişdi - Səbail məhkəməsinə müraciət etmişdik. Bizim iddia təmin olunmadı. Apelyasiya şikayəti verdik yenə təmin olunmadı».
Əlövsət Əliyev deyir ki, hazırda onlar bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırlayırlar.
«SerbАz» şirkəti Səadət sarayını, Mingəçevirdəki Kür Olimpiya Mərkəzini, aeroport yolundakı Buta sarayını və 28 Maydakı ticarət mərkəzlərini tikib.
«BUNA SƏBƏB KORRUPSİYADIR»
Əlövsət Əliyev deyir ki, problemin miqyası göründüyü qədər kiçik deyil. Onun rəhbərlik etdiyi Mərkəzin aldığı məlumata görə, Daxili İşlər Nazirliyində 49250 nəfər əcnəbi müvəqqəti yaşayış hüququ almaq üçün qeydiyyatdan keçib. Ekspertin fikrincə, bu şəxslərin əksəriyyəti Azərbaycanda işləyir, amma onları işəgötürən təşkilatlar rüsum ödəmirlər:
«Beləcə, 50 milyon manata yaxın pul büdcədən yayınır».
Əliyevin fikrincə, buna səbəb korrupsiyadır.
Onun sözlərinə görə, bəzən polis Çin masajı salonlarında çalışan çinli qızları həbs edir, amma heç vaxt həmin salonların sahibi olan şəxslər məsuliyyətə cəlb olunmur:
«50-60 minə yaxın əməkçi miqrantın rəsmi işə götürülməməyi digər məsələlərdən qaynaqlanır. İşə götürən əgər əmək müqaviləsi olmadan kimisə işlədirsə, onun üçün 30 min manatdan çox cərimə müəyyənləşdirilib. Amma il ərzində belə cərimələr 2-3 və ya 1 nəfərə tətbiq olunur. Bu da ölü doğulmuş qanundur. 2008-ci ildə 5 fakta görə tətbiq olunmuşdu bu cərimə, 2009–cu ildə ümumiyyətlə gizlətdilər. Bilmədik, bu cərimə kiməsə tətbiq olunub, ya olunmayıb».

"Polis Çin masajı salonlarında çalışan çinli qızları həbs edir, amma həmin salonların sahibləri məsuliyyətə cəlb olunmur"
MASAJÇI HƏBS EDİLİR, BƏS ONUN MÜDİRİ?Onun sözlərinə görə, bəzən polis Çin masajı salonlarında çalışan çinli qızları həbs edir, amma heç vaxt həmin salonların sahibi olan şəxslər məsuliyyətə cəlb olunmur: