Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

100-ə yaxın xarici jurnalist İranı tərk edib


İranda prezident seçkilərindən sonra baş vermiş hadisələrə görə ölkəni 100-ə yaxın xarici jurnalist tərk edib.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin yaydığı hesabatda belə deyilir.

Hesabatda qeyd olunur ki, kütləvi informasiya vasitələrinin əməkdaşları həmin vaxt kütləvi etiraz aksiyalarına son qoymaq istəyən İran hakimiyyətinin əsas hədəfinə çevirilib.

Hesabat müəllifləri hazırda İranda 52 jurnalistin həbsdə olduğunu deyirlər.
XS
SM
MD
LG