Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

«Dövlət strukturları sahibkarların işinə yersiz müdaxilələrə son qoymalıdır»


İlham Əliyev Bakı Biznes Mərkəzində
İlham Əliyev Bakı Biznes Mərkəzində
Bunu prezident İlham Əliyev Bakı Biznes Mərkəzində keçirilən «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasına həsr olunan konfransda deyib.

İlham Əliyev bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır:

«İcra orqanları sahibkarlara kömək etməlidir. Onların işinə qarışmamalıdır. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtı-vaxtında ödəməlidir».

Toplantıda dövlət başçısı Azərbaycanın yaxın illərdə əsas ərzaq məhsulları ilə özünü 100 faiz təmin edəcəyini də qeyd edib:

«Əvvəlki illərdə əsas ərzaq məhsulları Azərbaycana gətirilirdi. Bu gün əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilirik. Bir iki-üç ildən sonra demək olar ki, 100 faiz təmin edəcəyik. Ondan sonra nə olacaq? Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var, o cümlədən beynəlxalq və xarici siyasətimiz bu bazarları bizim üçün təşkil edir. Ancaq biz yeni bazarlar axtarmalıyıq, keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq».

İlham Əliyev bildirib ki, 2009-cu il sahibkarlar üçün ağır il olub:

«Azərbaycan dövləti və vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1.5 faiz oldu. Əhalinin pul gəlirləri 10 faizdən çox artıb, sosial ödəmələr tam şəkildə təmin edilib, maaşlarda, pensiyalarda heç bir yubanma olmayıb. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər».
XS
SM
MD
LG