Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Rail Rzayevin yavəri, köməkçisi və onun oğlu ilə bağlı məhkəməyə hazırlıq iclası olub


Martın 16-da Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə müdafiə nazirinin sabiq müavini general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımovun, köməkçisi Aydın Rəfiyevin və sonuncunun oğlu Anar Rəfiyevin məhkəməsinə hazırlıq iclası keçirilib. Prosesə hakim İslam Neymanov sədrlik edib.

Vəkillər Anar Rəfiyevin və Aydın Rəfiyevin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təqdim etsələr də hakim vəsatəti təmin etməyib.
Məhkəmə baxışı martın 29-na təyin edilib.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayev ötən il fevralın 11-də yaşadığı binanın qarşısında odlu silahla qətlə yetirilib. Onun yavəri, köməkçisi və köməkçisinin oğlu qətldən 1 ay sonra həbs olunublar. Onlar Rail Rzayevin iş otağından külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər.
XS
SM
MD
LG