Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:24

Azər Əhmədov da MTN-ə çağırılıb


Azər Əhmədov
Azər Əhmədov
Martın 18-də «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov da Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Ona bu dəvətin nə ilə bağlı olduğu barədə bir söz deyilməyib. Sadəcə deyilib ki, martın 18-i saat 16:00-da nazirlikdə olsun:

«Mənə zəng edib nazirliyə dəvət edən Faiq Qəniyevdir. Öyrənmişəm ki, elə Rauf Arifoğlunu, Mehman Əliyevi də nazirliyə o dəvət edib. Nə ilə bağlı olduğunu bildirmədi. Amma təbii ki, bu Eynula Fətullayevin açıqlamasıyla bağlı ola bilər».

Bundan əvvəl «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və «Xural» qəzetində Elmar Hüseynovun qətlilə bağlı silsilə yazılarla çıxış edən Elxan Şükürlü Milli Təhlükəsizlik Nazirliyində bir neçə saat dindiriliblər.

Hər üç jurnalistin «AzadlıqRadiosu»na dediyinə görə, nazirlikdə onları həbsdə olan jurnalist Eynulla Fətullayevin Elmar Hüseynovun qətllilə bağlı açıqlamaları ilə bağlı sorğu-sual ediblər. İstintaq orqanı hesab edir ki, bu açıqlamalar istintaqın gedişinə mane ola bilər.

Bir müddət əvvəl Eynulla Fətullayev həbsxanadan yaydığı açıqlamada Elmar Hüseynovun qətlilə bağlı hadisələrdə MTN zabitinin adının hallandığını bəyan etmişdi.
XS
SM
MD
LG