«1-ci qrup müharibə əlili kimi şəxsən məni dövlət qayğısı qane eləmir. Müharibə əlili də 170 manat pensiya alır, ağacdan yıxılan da. Müharibə əlili kimi əvvəllər kommunal «lqot»lar var idi ki, onları da sonradan kəsdilər».
SÜRÜNÜRÜK
Bunu 1992-ci ildə Ağdərə döyüşlərində minaya düşərək iki ayağını itirməklə ömürlük əlilə çevrilmiş Bəhruz Cəlalov deyir. Onun sözlərinə görə, ailə üzvlərinin sayı özü də daxil olmaqla 5 nəfərdən ibarətdir. Aldığı təqaüd isə ailənin xərclərinin heç yarısının yarısını da ödəmir. Deyir, vaxtilə Qarabağda yarımcan olmuşların indi demək olar ki, hamısı işsiz-gücsüz, kiçik məbləğli əlillik təqaüdünün ümidinə həyat sürürlər. Daha doğrusu, sürünürlər:
«Mən 1992-ci ildən bu günə kimi hələ görməmişəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəsə gətirsinlər versinlər, desinlər ki, iki ayağını itirmisən, al, bu da sənə mənim yardımım».
Qarabağ əlili deyir ki, yaşadığı mənzili də ona dost-tanışları yığışıb alıblar. Hökumətdən mənzil ummağa qalsa: «Rüşvətxorluqdu, gərək pul verəsən, sonra da kiməsə tərif eləyəsən ki, sağ ol, mənə ev verdin».
Bir sözlə, deyir, hökumətə bel bağlasaydı, aldığı 170 manat təqaüdü hələ də qəpiyinəcən hər ay kirayə haqqı ödəyib oturacaqdı. Necə ki, Astara sakini, 3-cü qrup Qarabağ əlili Loğman Bağırov kirayə haqqından tutmuş kommunal xərclərinə qədər xirtdəyə qədər borcun içində üzür. Elə bu səbəbdən də Loğman Bağırov 3 gün əvvəl balıqçı tilovunu Astara çayının kənarına tullayaraq çaya düşüb. Özünü İran sərhədçilərinə təslim edərək bir daha Azərbaycana qayıtmaq istəmədiyini bildirib.
Loğman Bağırovun həyat yoldaşı Vəsilə Bağırova deyir ki, əri sosial problemlər məngənəsində sıxıldığından İrana gedib orda iş tapmağı, pul qazanıb ailəsinə göndərməyi qərara alıb. Martın 17-də ailə üzvlərini qərarı ilə tanış etdikdən sonra balıqçı tilovunu götürərək evdən çıxıb:
RÜSVAYÇILIQDIR
Vəsilə Bağırova deyir ki, 90-cı illərin əvvəlində Loğman Rusiyada ticarətlə məşğul olurmuş. İşləri də pis getmirmiş. Qarabağda müharibənin qızışdığı vaxt ticarət işlərini ataraq ölkəyə qayıdıb, yaralanana qədər Qarabağda könüllülər dəstəsinin tərkibində vuruşub. Bədənində hələ də qəlpə gəzdirir. Deyir uşaqlardan biri 2-ci, digərisə 5-ci sinifdə təhsil almalıdır. Daha doğrusu, adları məktəb jurnalında olsa da geyimləri olmadığından özləri məktəb üzünə həsrət qalıblar:
«GƏLİN GÖRÜN NƏ GÜNDƏYİK»
«Gəlin görün nə gündəyik, siçovullar uşaqların ayaqqabılarını, çantalarını yeyib, uşaqlar dərsə gedə bilmirlər».
İndi Vəsilə Bağırovanın dərdi birə-beş artıb. Çünki İran sərhədçiləri Loğman Bağırovu Azərbaycan sərhədçilərinə təhvil veriblər. Azərbaycanda isə barəsində cinayət işi başlanaraq dərhal həbs edilib. Bu barədə AzadlıqRadiosuna Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Loğman Bağırov Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirli bilinir.
Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin üzvü Mehdi Mehdiyevsə deyir ki, Qarabağ əlilləri prezidentin diqqətindədir. Düzdür, problemlər var, ancaq bu problemlər məmur laqeydliyindən qaynaqlanır:
PREZİDENT ELƏ BİR SƏNƏD YOXDUR Kİ, ONU İMZALAMASIN
«Cənab prezident Qarabağ əlillərinin, şəhid ailələrinin problemləri ilə bağlı elə bir sənəd yoxdur ki, onu imzalamasın. Ortaya çıxan problemlərə də dərhal müdaxilə edilib. Amma bəzi məsələlər var ki, onları həll etmək olmur. Şikayətçilər ad çəkmək istəmirlər ki, bu da ölçü götürməyə mane olur».
Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə deyir ki, Azərbaycanda 12 minə yaxın Qarabağ əlili var. Onların əksəriyyəti Müdafiə Nazirliyinin və Daxili Qoşunların xətti ilə döyüşmüş zabitlərdir ki, pensiyaları qənaətbəxşdir. Lakin sıravi döyüşçülərin – istər çağırışçı, istərsə də könüllü olsun, vəziyyəti dözülməzdir.
MƏMUR VİCDANI
Rey Kərimoğlunun fikrincə, əgər Qarabağ əlilləri ilə bağlı qüvvədə olan mövcud qanunvericilik, prezidentin fərmanları, tövsiyələri məmurlar tərəfindən vicdanla yerinə yertirilsə, onların da problemlərinin 90-95 faizi həllini tapar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli də mətbuata açıqlamalarında Qarabağ əlilləri tərəfindən nazirliyin ünvanına deyilənləri təkzib edib. O bildirib ki, Qarabağ əlillərinə mənzillərin, avtomobillərin pulla satılması barədə deyilənlər həqiqətə uyğun deyil.
SÜRÜNÜRÜK
Bunu 1992-ci ildə Ağdərə döyüşlərində minaya düşərək iki ayağını itirməklə ömürlük əlilə çevrilmiş Bəhruz Cəlalov deyir. Onun sözlərinə görə, ailə üzvlərinin sayı özü də daxil olmaqla 5 nəfərdən ibarətdir. Aldığı təqaüd isə ailənin xərclərinin heç yarısının yarısını da ödəmir. Deyir, vaxtilə Qarabağda yarımcan olmuşların indi demək olar ki, hamısı işsiz-gücsüz, kiçik məbləğli əlillik təqaüdünün ümidinə həyat sürürlər. Daha doğrusu, sürünürlər:
«Mən 1992-ci ildən bu günə kimi hələ görməmişəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəsə gətirsinlər versinlər, desinlər ki, iki ayağını itirmisən, al, bu da sənə mənim yardımım».
Qarabağ əlili deyir ki, yaşadığı mənzili də ona dost-tanışları yığışıb alıblar. Hökumətdən mənzil ummağa qalsa: «Rüşvətxorluqdu, gərək pul verəsən, sonra da kiməsə tərif eləyəsən ki, sağ ol, mənə ev verdin».
Bir sözlə, deyir, hökumətə bel bağlasaydı, aldığı 170 manat təqaüdü hələ də qəpiyinəcən hər ay kirayə haqqı ödəyib oturacaqdı. Necə ki, Astara sakini, 3-cü qrup Qarabağ əlili Loğman Bağırov kirayə haqqından tutmuş kommunal xərclərinə qədər xirtdəyə qədər borcun içində üzür. Elə bu səbəbdən də Loğman Bağırov 3 gün əvvəl balıqçı tilovunu Astara çayının kənarına tullayaraq çaya düşüb. Özünü İran sərhədçilərinə təslim edərək bir daha Azərbaycana qayıtmaq istəmədiyini bildirib.
Loğman Bağırovun həyat yoldaşı Vəsilə Bağırova deyir ki, əri sosial problemlər məngənəsində sıxıldığından İrana gedib orda iş tapmağı, pul qazanıb ailəsinə göndərməyi qərara alıb. Martın 17-də ailə üzvlərini qərarı ilə tanış etdikdən sonra balıqçı tilovunu götürərək evdən çıxıb:
RÜSVAYÇILIQDIR
Rey Kərimoğlu: «Qarabağ əlilləri ilə bağlı mövcud qanunvericilik məmurlar tərəfindən vicdanla yerinə yetirilsə, onların da problemlərinin 90-95 faizi həllini tapar»
«Yazığın qonşulara, dükanlara, işığa, qaza, hər yerə borcu var. Dedim getmə, dedi bəs neyləyim, rüsvayçılıqdı, bircə əl açıb dilənməyimiz qalıb. Mənim uşaqlarım da yemək, geyinmək istəyir. Qarabağ əlilidir, dövlət gərək onu işlə də, evlə də təmin eləsin. Bizsə havadayıq. Prezidentə məktub yazır ki, məni işlə, mənzillə təmin elə. Bu adam göndərdiyi məktublara görə nə qədər pul xərcləyib, ancaq indiyə qədər birinə də cavab almayıb». Vəsilə Bağırova deyir ki, 90-cı illərin əvvəlində Loğman Rusiyada ticarətlə məşğul olurmuş. İşləri də pis getmirmiş. Qarabağda müharibənin qızışdığı vaxt ticarət işlərini ataraq ölkəyə qayıdıb, yaralanana qədər Qarabağda könüllülər dəstəsinin tərkibində vuruşub. Bədənində hələ də qəlpə gəzdirir. Deyir uşaqlardan biri 2-ci, digərisə 5-ci sinifdə təhsil almalıdır. Daha doğrusu, adları məktəb jurnalında olsa da geyimləri olmadığından özləri məktəb üzünə həsrət qalıblar: