Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

Ərdoğanın partiyası müxalifətlə danışıqlar aparacaq


Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan deyib ki, gələn həftə müxalifətlə danışıqlar apararaq Konstitusiya dəyişikliyi təklifini müzakirə edəcək.

Hökumət hakim təyinatı qaydalarının dəyişdirilməsini təklif edir. Bu, partiyaların qadağan edilməsinin çətinləşdirmək üçündür.

İslamçı köklərə malik hakim AKP deyib ki, parlamentdə dəyişiklikləri keçirməyə çalışacaq. Amma eyni zamanda bildirib ki, müxalifət dəyişikliklərin qəbuluna maneçilik törətsə, təkliflər referenduma çıxarılacaq.

Dünyəvi müxalifət partiyaları deyir ki, təkliflər ölkəni İslami üsuli-idarəyə doğru sürükləməkdən ötrüdür.

Bundan qabaq Türkiyədə bir neçə dəfə İslam təmayüllü partiya qadağan edilib.
XS
SM
MD
LG