Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:03

Avropa Komissiyası Almaniyanı Yunanıstana yardım etməyə çağırır


Avropa Komissiyası Almaniya və avrozonadakı başqa ölkələri çağırıb ki, Yunanıstana yardım etsinlər.

Komissiya istəyir ki, bu, sözügedən ölkələrin Yunanıstana borc verməsi şəklində olsun.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo deyib ki, belə bir yardıma ehtiyac var, “çünki hazırkı vəziyyətin davam etməsinə imkan vermək olmaz”

Barrozo Avropa Birliyi liderlərini gələn həftə keçirəcəkləri sammitdə yardımla bağlı razılığa gəlməyə çağırıb.

Bundan əvvəl Almaniya kansleri Merkel çox güman ki Yunanıstanı nəzərdə tutaraq təklif etmişdi ki, Avropa Birliyi maliyyə sektorunda islahat aparmaq çağırışlarını qulaqardına vuran üzv ölkələri birlikdən çıxarmaq mexanizmi hazırlamalıdır.

Yunanıstanın baş naziri isə bildirib ki, onlar Avropa Birliyinin üzvü kimi problemlərinin birlik tərəfindən həllini istərdilər, amma əgər Avropa Birliyi yardım məsələsini bir həftə də uzatsa, onlar kömək xahişi ilə Beynəlxalq Valyuta Fonduna müraciət edəcəklər.
XS
SM
MD
LG