Nyu-York Tayms qəzeti yazır ki, Tehran uran zənginləşdirmək üçün yeni obyektlər tikə bilər.
Qəzetin məlumatına görə BMT-nin müfəttişləri İranda 2 belə obyekt barədə dəlillər əldə etməyə çalığırlar.
Məlumatlara görə İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi yerli mediyaya müsahibəsində bildirib ki, yeni il- martın 21-dən sonra ölkədə iki belə yeni obyektin tikintisinə başlana bilər.
BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri olan 5 ölkə hazırda İrana qarşı yeni sanksiyaların mümkünlüyünü müzakirə edirlər.
Beynəlxalq aləm hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.