Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:21

«Dörd bənd istisna olmaqla «Madrid prinsipləri»ndə ümumi razılığa gəlinib»


Yuri Merzlyakov
Yuri Merzlyakov
«Ermənistan tərəfi yeniləşmiş «Madrid prinsipləri»nin bəzi bəndləri ilə razı deyil».

APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Xankəndində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda həmsədrlərin verdikləri son təkliflər müzakirə olunur:

«Ermənistan tərəfi bəzi bəndlər üzrə razı olmadığını bildirib. Lakin biz vəziyyəti gərginləşdirmirik, çünki bir neçə il əvvəl «Madrid prinsipləri»ni Ermənistan qəbul edirdi, Azərbaycan isə bu təkliflərdən imtina edirdi. Biz razılaşdırılmış nəticə əldə etmək üçün çox iş aparmışıq».

Yuri Merzlyakov deyir ki, dörd bənd istisna olmaqla, «Madrid prinsipləri» üzrə ümumi razılığa gəlinib.

O, həmsədr qismində regiona son səfər etdiyini və yeni vəzifəyə təyin olunacağını deyib. Həmsədr bu postda onu kimin əvəzləyəcəyini bilmədiyini vurğulayıb.
XS
SM
MD
LG