Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:09

Neft Akademiyasındakı qətliamın istintaqı sona çatdı


Ötən ilin aprel ayında Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qətliamla bağlı cinayət işinin istintaqı yekunlaşıb. İş materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu barədə AzadlıqRadiosuna məhkəmədən məlumat verib. Cinayət işinin materialları məhkəməyə daxil olsa da hələlik icraata verilməyib.

İttiham aktında göstərilir ki, ötən il il aprelin 30-da ADNA-nın ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan tələbə və müəllimlərə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Fərda Qədirov binanın dəhlizində özünü də silahla öldürüb.

İstintaq orqanı Fərda Qədirovun tanışları Nadir Əliyevi, Ariz Qabulovu, Cavidan Əmirovu və Nəcəf Süleymanovu da həbs edib. Həmin şəxslərin bəziləri cinayətdən əvvəlcədən xəbər tutub bu barədə polisi məlumatlandırmamaqda təqsirləndirilirlər.

XS
SM
MD
LG