Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Radio-Televiziya Qurumu nəyi dəyişdi?


TÜRK SERİALLARINI - DİZİLƏRİ SEVƏNLƏRƏ GÖZAYDINLIĞI

RTÜK (Türkiyə Radio-Televizyon Üst Kurulu) yeni qanun layihəsi hazırlayıb. Türkiyə qəzetləri (özəlliklə «Sabah» və «Habertürk») layihənin bəndlərini açıqlığa qovuşdurub.

REKLAMLAR YARIM SAATDAN BİR OLACAQ!

Layihənin Azərbaycan tamaşaçısını ən çox maraqlandıran tərəfi telekanallarda göstərilən dizilərlə (seriallarla) bağlı hissəsidir. Bu bəndə görə film və xəbər bülletenlərində ilk reklam 30 dəqiqədən sonra və hər sonrakı 30 dəqiqədən bir gerçəkləşdiriləcək. Həm də, birsaaatlıq yayımda reklam vaxtı 12 dəqiqəni aşa bilməz.

Beləliklə, layihə qəbul olunsa, Türk dizilərinə gecə saatlarında baxmağa məhkum olan Azərbaycan tamaşaçısı, üstəlik, hədsiz reklam seyr etmək məcburiyyətindən canını qurtara biləcək.

Qanun layihəsinin digər bəndləri də diqqətçəkəndir.

HƏR ADAM APARICI OLA BİLMƏYƏCƏK!

Layihədə üzqızardıcı pozuntulara görə məhkəmə cəzası alan şəxslərə qadağa qoyulacaq və belələri proqram apara bilməyəcək.
Qanundankənar yollarla əldə edilən videogörüntü və səsyazılarının televiziyalarda yayımlanması yasaqlanacaq. Demək, Ergenekon işində istifadə olunan görüntü və səs yazıları artıq yayımlana bilməyəcək.

TƏHQİR OLUNANLAR 7 GÜNƏ ÖZ HAQQINI TƏLƏB EDƏ BİLƏCƏK!

Şəxsiyyətinin alçaldıldığını düşünənlər səhvini düzəltməyi və cavab haqqını yayım şirkətindən məhkəməyə getmədən tələb edə biləcək. Yayım şirkəti 7 gün ərzində bu haqqı ona verməsə, məhkəməyə üz tutulacaq.

XƏBƏRDƏ FON MUSİQİSİ OLMAYACAQ, ƏVƏZİNDƏ...

Yeni qanun layihəsinə görə, xəbər bülletenlərində xəbərin təsirini artırmaq üçün seçilən fon musiqisindən istifadə olunmayacaq. Fon musiqisi öz yerini olayın təbii səslərinə buraxacaq.

Bundan sonra özəl TV-lərlə yanaşı, TRT də zorakılıq və ictimai əxlaqa uyğun gəlməyən səhnələrin yer aldığı proqramları uyğun xəbərdarlıq işarələri ilə göstərməyə borcludur.

XALQA MÜRACİƏT–GECƏ SAAT 12-DƏK!

Daha bir maraqlı bənd baş nazir və prezidentin «xalqa müraciət»inin, həmçinin hökumət bildirişlərinin vaxtıyla bağlıdır. Sözügedən müraciət və bildirişlər gecə saat 24-dən öncə yayımlanmalıdır.

İNSANLARI DİKSİNDİRƏN REKLAMLAR YASAQLANACAQ!

Layihədə filmarası birdən-birə, yüksək səslə ortaya çıxan reklamlara da diqqət ayrılıb və belə reklamların yayımlanması yasaqlanıb. Yeni qaydalar qüvvəyə minərsə, reklamların səs səviyyəsi proqramların səs səviyyəsindən yüksək ola bilməz.

Və daha bir yasaq. Xəbər bülletenləri və dini proqramlar sponsor yardımından yararlana bilməyəcək.
XS
SM
MD
LG