Avropa Komissiyasının gənclərlə bağlı həyata keçirdiyi «Youth in Action» – «Gənclər Fəaliyyətdə» proqramının 2010-cu il üçün nəzərdə tutulmuş planında daha çox ətraf mühitin qorunması, kasıblığın aradan qaldırılması və sair bu kimi mövzuda olan layihələr dəstəklənəcək.
Proqramın Azərbaycan üzrə koordinatoru Aysel Qocayeva deyir ki, həmçinin Avropa vətəndaşlığı, mədəniyyətlərarası dialoq, tolerantlığın yüksəldilməsi, stereotiplərin qırılması, gənclər arasında anlaşmanın artırılması və sair bu kimi mövzularda, xüsusən də gender mövzusunda layihələr keçirilir və dəstək alır.
«Youth in Action» proqramının həyata keçirilməsi 2013-cü ilədək nəzərdə tutulub. Bu proqramdan Avropa İttifaqı ölkələri ilə yanaşı post-sovet məkanı və Qafqaz ölkələri də yararlana bilər.
«AZƏRBAYCANA AVROPA İTTİFAQINDAN BİR ÖLKƏ LAZIMDIR»
Aysel Qocayevanın sözlərinə görə, əməkdaşlıq elə formada qurulub ki, Avropa İttifaqına daxil olmayan ölkələrin də əməkdaşlığı təmin olunsun:
«Buna görə də yeddiliyə daxil olan ölkələr - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Rusiya, Ukrayna, Moldova müstəqil şəkildə layihə verə bilmir, sadəcə olaraq biz Avropa İttifaqına daxil olan ölkələrdən partnyorlar tapmalıyıq. Tutaq ki, Azərbaycanda keçirdiyimiz layihələr üçün həmin partnyorlar vasitəsilə proqrama müraciət etməliyik və bu yolla maliyyə ayrılmalıdır. Bizə mütləq bir Avropa İttifaqına daxil olan ölkə lazımdır. Bizim kimi ölkələri Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirmək gənclərin Avropaya inteqrasiyasına və Avropa ideyasını dərk etməsinə həqiqətən çox kömək edir.
«GƏNCLƏR FƏALİYYƏTDƏ» – ƏYLƏNCƏ VƏ «SHOPPING» DEYİL...
Böyük Britaniyada «Youth in Action» proqramının iştirakçısı olan Nigar Hənifəyeva danışır ki, təlimlərdə iştirak etmək dar çərçivədən çıxıb daha böyük bir ideyalar uğrunda mübarizə aparmaq, daha böyük nailiyyətlər əldə etmək istəyi verir:
«İlk növbədə mənim üçün bu, mədəniyyət mübadiləsi idi. Yaxşı kontaktlar əldə etdim ki, bunu da gənclərin Avropaya çıxışı üçün zəruri hesab edirəm. Avropaya gedən Azərbaycan gəncləri, buna stereotipmi deyim, nə deyim, daha çox əyləncə, gəzmək və «shopping» haqqında düşünürlər. Amma bu proqram çərçivəsində təlimlər o qədər gərgin keçir ki, demək olar ki, yemək fasiləsindən başqa gəzməyə və digər işlərə vaxt olmurdu».
Aysel Qocayeva deyir ki, Azərbaycan təlimlərdə iştirak etmək üzrə müraciətdə birinci yerdədir:
«Amma layihələr verilməsində bizim ölkə geridə qalır. Bu ürəkaçıcı hal deyil. Layihələrin ingilis dilində yazılması və partnyorlarla ünsiyyət qurmaqdan çox çəkinir biz – ölkə koordinatorları - çalışacağıq ki, bu il layihələrin sayını artıraq».
ALİ TƏHSİLİN OLMASA DA OLAR...
«Youth in Action» proqramının bir prioriteti də var - məhdud imkanlı gənclərin aktiv iştirakını təmin etmək. Proqram üzrə ölkə koordinatoru Aysel Qocayeva deyir ki, fiziki çətinlikləri olan, təhsilə çıxışı olmayan insanlara geniş imkanlar açılır. «Heç kimə belə bir məhdudiyyət qoyulmur ki ali təhsilli olmalısan və s.».
Qocayevanın sözlərinə görə, layihələrdə iştirak etmək şərtləri müxtəlif olur.
«Hansı kriteriyaların qoyulması layihəni həyata keçirən təşkilatdan asılıdır. Məsələn, ingilis dili orta səviyyədə olmalıdır ki getdiyi xarici ölkədə ünsiyyətə girə bilsin. Bununla belə, yaş məhdudiyyətləri də var. «Youth in Action» 13 yaşından 35-ə kimi hamıya açıqdır. Lakin bəzi mövzularda, məsələn, insan hüquqlarıdır, gender məsələsidir 13 yaşlı uşaq iştirak edə bilməz. 30 yaşından yuxarı isə bir-iki istisnalar olur. Və seçimdə daha çox layihə mövzusu ilə əlaqəli və məlumatlı olan insanlara üstünlük verilir».
GƏNCLƏR + FƏALİYYƏT = ZƏNCİRVARI REAKSİYA
«Bir nəfər nəsə qazanır və onu ötürür. Bu proqramda iştirak etmiş şəxs özündən daha çox ətrafdakılar üçün nəsə qazanmış olur. Çünki sən təkcə özünü fikirləşməkdən kənara çıxıb, başqa gənclərin, ətrafının gələcəyi haqqında fikirləşməyə başlayırsan», Nigar Hənifəyeva belə deyir.
«Youth in Action»da təşkilatlı olmaq vacibdirmi?
«Gənclər Fəaliyyətdə» proqramının iştirakçısına necə çevrilmək və kimə müraciət etmək lazımdır?
Sualların cavabını verilişi dinləyib arayın...