Şri-Lankada dünən keçirilmiş parlament seçkisində prezident Maxind Racapaksın partiyası qalib gəlib. Prezidentin partiyası səslərin 60 faizini yığıb. Müxalifət lideri Carat Fonsekin partiyası isə 5 faiz səs toplayıb.
“Düzgün və ədalətli seçkilər uğrunda” qrupun ekspertləri seçkinin ədalətli keçirilmədiyini bildiriblər.
Bu, uzunmüddətli daxili müharibədən sonra Şri-Lankada keçirilən ilk ümumxalq seçkisidir.