Polşa Rusiyanı Sovet gizli polisinin kütləvi şəkildə Polşa zabitlərini qətlə yetirməsinə dair sənədləri açıqlamağa çağırır. Polşa parlamentinin bu gün qəbul etdiyi bəyannamədə deyilir ki, 1940-cı ildə Katın və başqa yerlərdə törədilən kütləvi qırğınlar haqqında sənədlər elan edilməlidir.
Sənəddə qeyd edilir ki, İkinci Dünya müharibəsinin əvvəlində 22 min Polşa məhbusu qətlə yetirilib. Onlar hesab edirlər ki, yalnız tarixi həqiqətlər etiraf edildikdən sonra tam uzlaşma mümkündür.
Polşa parlamenti həmin hadisənin 70-ci ildönümü münasibətilə keçirilən mərasimlərdə Rusiyanın baş naziri Vladimir Putinin iştirak etməsini “çox vacib əlamət” adlandırıb.