Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:31

Ombudsmanı da döyüblər


Qırğızstanın ombusmnaı döyülərək xəstəxanaya düşüb. Ailəsi bildirir ki, ombudsman Tursunbek Akun aprelin 7-də hökumət qüvvələri ilə müxalifət fəalları arasında qarşıdurma zamanı döyülüb.

Ailəsinin bildirdiyinə görə onda beyin silkələnməsi, bədənində əziklər və yaralar var. Yaxınları ombudsmanın aksiya iştirakçılarını zorakılıqdan və talandan çəkinməyə çağırarkən döyüldüyünü deyirlər.

51 yaşlı Tursunbek Akun Qırğızstanda tanınmış hüquq müdafiəçisi olub. Onu 2008-ci ildə ombudsman təyin ediblər.
XS
SM
MD
LG