«Cənab prezidentə ətraflı məlumat verilmiş olsa, o çox böyük məmnuniyyətlə qərar qəbul edər».
Bunu deputat Nazim Məmmədov deyib. Aprelin 9-da «İşdən sonra»da əmanət və kreditlərdən danışılıb. Deputat bildirib ki, ünvanlı sosial yardıma yönəldilmiş pulların bir qismini əmanətlərin qaytarılmasına ayırmaq olar:
- O insanlar ki, ünvanlı sosial yardım üçün müraciət edirlər, onların əksəriyyətinin batmış əmanəti var. Fikrimcə, 2010–cu ildən başlayaraq ünvanlı sosial yardıma ayrılan vəsaitlər yarıbayarı azaldılmalı və bu vəsait əmanətçilərə verilməlidir.
Məmmədov deyir ki, əmanətlər daxili borc kimi tanınmalı və onun əhaliyə qaytarılması qrafiki müəyyən olunmalıdır:
- Maliyyə Nazirliyi özündə cəsarət tapıb bunu gündəliyə gətirməlidir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə bu fikirlə razı deyil:
- Tutaq ki, ünvanlı sosial yardımdan vəsait ayrıldı və əhaliyə verildi. Bu o demək deyil ki, əhali həmin vəsaiti alandan sonra artıq ünvanlı sosial yardıma ehtiyacı olmayacaq.
Əmanətlər qaytarılacaqmı?
Bu məsələ ilə bağlı Nazirlər Kabineti qərar qəbul etməlidir yoxsa Milli Məclis?
DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.
/ Hazırladı Gülər Qasımova /