Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

Ermənistanda 2009-cu ildə 550 korrupsiya halı aşkarlanıb


«Bizim ölkədə korrupsiya yayılıb»
«Bizim ölkədə korrupsiya yayılıb»
Ermənistan vətəndaşı olaraq hansı cinayət sizi daha çox narahat edir?

Bu sualı Yerevanda təsadüfi qarşılaşdığımız insanlara ünvanladıq.

- Korrupsiya və oğurluq. Çünki insanlar iş tapmayınca oğurluğa başlayır. Korrupsiyanın səbəblərini isə hökumət bilir.

- Mənim üçün korrupsiya daha təhlükəlidir. Çünki özəl sektorda çalışıram, öz biznesim var.

Ermənistanda hansı cinayət daha çox yayılıb?

- Hökumətin törətdiyi cinayətlər... Məhkəmə sistemində vətəndaşlara qarşı cinayətlər çox yayılıb. Bu yaxınlarda aliment məsələm vardı, məhkəmədə idim. Proses təxminən bir il davam etdi, baxmayaraq ki, qanun uşağın tərəfindədir. Oğurluq da çoxdur, çünki sosial durum yaxşı deyil. Cinayət deputatlar və onların oğulları hesabına da artır.

Amaliya Kostanyan
- Bizim ölkədə korrupsiya yayılıb. Bu yaxınlarda məhkəmə icraçısı məndən rüşvət tələb etdi, mən də bu haqda hüquq-mühafizə orqanlarını məlumatlandırdım. Ancaq bu faktı araşdırmadılar.

Ermənistanda bu ilin ilk 3 ayı ərzində təxminən 1200 oğurluq hadisəsi qeydə alınıb, onların yarıya qədəri açılıb.

Ermənistanın polis idarəsinin rəisi Alik Sarqsyan qeyd edir ki, 2009-cu ildə 550 korrupsiya halı aşkarlanıb, bu isə ötən illə müqayisədə 40 faiz artıqdır:

«Korrupsiya ilə mübarizə ilk növbədə Ermənistan prezidentinin tələbidir... Bu il də korrupsiya ilə əlaqədar açılmış cinayətlərin sayı çox olacaq».

«Transparency International» təşkilatının rəhbəri Amaliya Kostanyan isə əmindir ki, kiçik məmurlarla yanaşı, yüksək səviyyəli məmurlar da cəzalandırılmalıdır:

«Bu, ədalətsizlikdir, çünki onların cinayəti daha ciddidir və xalq əziyyət çəkir. Hər iki tərəf günahkar olsa da, cəzalandırılan yalnız kiçik məmurlar olur».

Alik Sarqsyan
O ki qaldı üstü açılmayan cinayətlərə, Ermənistanın polis idarəsinin rəhbəri deyir ki:

«Tez ya gec bütün cinayətlərin üstü açılır. Sadəcə, dəqiq planlaşdırılmış ağır cinayətlər var və polis onların üstünü açmaqda çətinliklə qarşılaşır».

Buna misal kimi Alik Sarqsyan polis rəisinin müavini Qevorq Mqeryanın qətlini göstərir. Bir ildən çoxdur evinin qarşısında güllələnən Mqeryanın qatilləri hələ də tapılmayıb.

Söz Azadlığını Müdafiə Komitəsi isə bu ilin ilk 3 ayı ərzində fiziki zorakılığa məruz qalan 5 jurnalistlə bağlı müqəssirlərin tapılmamasına etiraz edir.

Komitənin rəhbəri Aşot Melikyan:

«Hüquq-mühafizə orqanlarının cinayətkarları tapıb, onları cəzalandıracağına əminlik yoxdur».
XS
SM
MD
LG