Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:33

Rəsul Rzanın Ev Muzeyi yenidən qurulur


Xalq şairi Rəsul Rzanın Göyçay rayonundakı Ev Muzeyi yenidən qurulur.

1933-cü ildə tikilmiş 5 otaqlı evin tavanı, döşəməsi, qapı-pəncərələri, damı və işıqlandırma sistemi müasir üslubda yenidən qurulub.

Muzeyin qarşısında xalq şairi Rəsul Rzanın büstü qoyulub.

Binada əsaslı təmir və bərpa işlərini «İnşaat-İ» MMC-nin briqadası aparır. Hazırda muzeydə son tamamlama işləri aparılır.

Mayın 17-də Ev Muzeyinin açılışı olacaq.
XS
SM
MD
LG