Dördillik aradan sonra tanınmış xanəndə Alim Qasımov axır ki, yerli tamaşaçılarla görüşdü. Hələ Novruz bayramında AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olarkən dinləyicilərin aramsız «Niyə Bakıda konsert vermirsiniz?» sualıyla üzləşən muğam ustası verdiyi sözə əməl etdi. Aprelin 7-də Beynəlxalq Muğam Mərkəzində, 9-da isə Heydər Əliyevin adını daşıyan Sarayda konsert düzənlədi.
ANŞLAQ!
Beynəlxalq Muğam Mərkəzində çox böyük anşlaqla keçən konsert ölkənin Baş Sarayında da eynən təkrarlandı. Üstəlik, yenə anşlaqla! Biletlərin dəyəri 20 manatla 120 manat arasındaydı. Azərbaycan reallığı üçün heç də az görünməyən qiymətlərə baxmayaraq bütün yerlər satılmışdı.
XALÇANIN ÜSTƏ BARDAŞ QURUB OTURMUŞDU...
Alim Qasımov isə öz sadə və təvazökar halındaydı. Yenə yerdə, xalçasının üstündəydi. Qızı da yanında. Bir şüşə su qarşısında. Virtuoz musiqiçilərin əhatəsində. Özü də, səssizcə, çəkinə-çəkinə gəlib oturdu xalçanın üstündə. Vəssalam. Gerisini özünüz də təsəvvür edə bilərsiniz.
DÜNYADAN KÖÇƏNLƏRİ YAD ETDİ
Konsert iki saat yarım davam etdi. Alim bəy konsert boyu həm oxudu, həm danışdı, həm güldürdü, həm də xatırladı. Görkəmli tarzənlər Hacı Məmmədovu, Bəhram Mansurovu yada saldı, onlarla bağlı xatirələrini söylədi, ruhlarına dua oxudu...
«ALİM İLAHİ BİR XANƏNDƏDİR!»
Təbrizdən gələn dostu Xosrov bəyi səhnəyə çağırdı. Onun yazdığı «Oxusun, oxusun, Alim oxusun!» şeirini dinlədi. Hədiyyəsini-- Seyid Əzim Şirvaninin Təbrizdə məxsusi hazırlanmış heykəlini Xosrov bəydən qəbul etdi. «Seyid Əzim öz sənətinin zirvəsidir, Alim öz sənətinin!»—bu da Xosrov bəyin sözləridir.
Aləm bu ecazkar səsə qərq olsun
İstər şimal olsun, istər Şərq olsun...
Bunu da Təbrizli Xosrov bəy söylədi.
BİR-BİRİNİ ÇOX GÖZƏL ANLAYAN ATA-BALA
Heykəl yerində təqdim olunmuşdu. Alim bəy konsert boyu Seyid Əzimin ölməz qəzəllərini ifa etdi. Füzulidən oxudu. Şah Xətaini dinləndirdi. Saysız alqışlar eşitdi. Fərqanə xanım da ona əsl dayaq, yol yoldaşı oldu. Hələ bir-birini bu qədər bir baxışdan anlayan ata-bala görməmişdim.
KONSERTDƏN TEZ QALXMAYIN!
Və bir xatırlatma. Nə vaxtsa Alim Qasımovun konsertində olsanız, onun tamaşaçı ilə sağollaşmasına o dəqiqə inanmayın. Bu, aldadıcıdır. Alim bəyin konsertin sonunda heyranlarıyla bir neçə dəfə halallaşıb, sonra yenə səhnəyə dönüb oxumaq adəti varmış... Bu, sən demə, onun daha bir özəlliyiymiş. İndi bildik. Gec bildik...
BAKIDAN...VATİKANA!
Daha bir xəbər. Aprelin 15-də Alim Qasımov Vatikanda ilk dəfə konsert verəcək. Konsert Müqəddəs Tomas Universitetində baş tutacaq. Hər iki ölkənin Mədəniyyət Nazirliyi səviyyəsində təşkil olunacaq konsertdə azərbaycanlı nazir Əbülfəs Qarayev və Vatikanlı Ravasi də iştirak edəcək.
DÜNYANIN ƏN SADƏ ULDUZU
Gülməyin, bu doğrudan da, belədir. Ötən ay o, AzadlıqRadiosunun Bakı Bürosuna elə səssizcə gəlmişdi ki, birdən-birə onu qarşımızda görəndə təəccüblənmişdik. Amma biz jurnalistlər bu gözəlim Bakı Bürosunda cangüdənlərlə əhatələnmiş o qədər ulduzlar, partiya rəhbərləri, millət vəkilləri görmüşdük ki!..
Elə isə, ofisin düz ortasında dayanıb kompüter arxasında işləyən jurnalistlərə sakitcə tamaşa edən Alim Qasımova təəccüblənməyək də, neyləyək?