«İz»in bu dəfəki qonağı gənc bir yazardır. Ara-sıra mətbuatda, ədəbi almanaxlarda adını eşitsək də, üzünü görməmişdik. Moskvanın nüfuzlu nəşriyyatlarından birində kitabı çıxdığını öyrənincə, verilişimizə qonaq çağırdıq. «Skinhed» romanının müəllifi Rəna Yüzbaşı ilə söhbətimizi həm oxuya, həm də elə bu səhifədəcə dinləyə bilərsiniz.
- Xoş gördük Rəna xanım! Öncə bundan başlayaq ki, «Yüzbaşı» soyadını necə götürmüsünüz və mənası nədir? Bu soyadına mətbuatda rast gəldikcə həmin sual, istər-istəməz, adamın beynində fırlanır...
Rəna Yüzbaşı (RY): Təbii ki, ata-anamdan qalmış soyadıdır. Gördüyünüz kimi, xalis türk soyadlarındandır və yəqin ki, ata-babalarımdan kimsə türk ordusunda xidmət edib və həmin rütbəni daşıyıb. Bundan artığını bilmirəm, çünki babalarım arasında nə sərkərdə olan, nə də hərbi hünəri ilə ad çıxaran xatırlanmır...
- Belə gənc xanımla görüşəcəyimi bilmirdim...
RY: Təşəkkür edirəm, amma yetkin yaşdayam, artıq 34 yaşım var və 4 il olar ki, ədəbi yaradıcılığa başlamışam. 2006-cı ilin sentyabrında – işsiz qaldığım vaxtlar idi – sənədlərimi Avstriyadakı universitetlərdən birinə verdim və cavab intizarını yaşaya-yaşaya yazmağa başladım...
- Belə çıxır ki, boşluqdan başladınız ədəbi yaradıcılığa?
RY: Elədir... bildiklərimi, duyduqlarımı, təcrübəmi insanlarla paylaşmağa ehtiyac hiss etdim. İlk romanımda məhz məktublar formasından istifadə yaşantılarımı oxucularla bölüşmək zərurətindən irəli gəlirdi.
- Yaradıcılığınızdan danışacağıq. Öncə Sizi daha çox taniyaq... 2006-cı ilədək nə ilə məşğul olmusunuz?
RY: Avstriyadan öncə BDU-nu və İqtisad Universitetini bitirərək, həm hüquq, həm də iqtisad təhsili almışam. Magistratura da bitirmişəm. Başqa sözlə, artıq bəlli təhsil səviyyəm vardı və müxtəlif humanitar təşkilatlarda, az ya da çox uğurla çalışırdım.
- Keçək yaradıcılığınıza. İlk kitabın təəssüratını necə xatırlayırsınız?
RY: Mövzu aktual idi - qadının iri şəhərdəki həyatı, problemləri, yaşantıları... Həm sosial xətt vardı, həm də sevgi xətti. Bəlkə də, qeyri-adi heç nə yox idi, amma əsər pis qarşılanmadı. Təzə başlayan çoxları kimi öz hesabıma nəşr etdirdiyim, poliqrafik baxımdan ayrıca dəyəri olmayan bir kitabım çıxmışdı. Tənqidçilərim razı qalmışdılar. Mən özüm də rahatlanmışdım. Sevdiyim bir işlə məşğul olmuşdum. O dərəcədə rahatlanmışdım ki, sanki öz yuvamı, öz yerimi tapmışdım...
- Adı necəydi romanın?
RY: Yarıingiliscə, yarırusca bir adı vardı. Azərbaycan dilində «Sərçəcikdən sevgilərlə» kimi səslənə bilər.
- Demək, ilk kitabdan sonra sizin yaradıcılığa, ədəbiyyata həvəsiniz daha da artdı...
RY: Elədir. «Sərçəcikdən sevgilərlə» 2007-ci ilin əvvəlində çapdan çıxmışdı. Daha sonra dilogiyam nəşr olundu – «Целая вечность» («Bitə bilməyən zaman» kimi tərcümə edilə bilər»). Artıq diqqət mərkəzində iri şəhərdə yaşayan qadın deyil, kişi dayanmışdı. Karyerist bir kişinin öygüsünü vermişdim. Detektiv məqamlar da vardı. Kitab bütün gərəkləriylə çıxmışdı – redaktəsi, korrekturası, poliqrafiyası, demək olar, yerli-yerində idi. Daha təcrübəli olmuşdum. Beləcə, daha ciddi, daha sərt mövzuya üz tutmaq mərhələsinə yetişdim – sosiumdan, cəmiyyətdən yazmaq istədim və «Skinhed» romanı yarandı. «Sərçəcikdən sevgilərlə» sırf Azərbaycan həyatı idisə, «Bitə bilməyən zaman» bütövlükdə şərq gerçəklərini daşıyırdısa, «Skinhed»də Rusiya toplumunun yaşamı diqqət hədəfinə alınmışdı. Həmin dövrdə Moskvada yaşamağım, uşaqlıqdan rus ədəbiyyatına bağlılığım (digərlərini danmamaq şərti ilə) da öz rolunu oynamışdı. Üstəlik, skinhed hərəkatı bütövlükdə Rusiyada olmasa da, iri şəhərlərdə narahatlıq mənbəyinə çevrilmişdi. Bundan yazmaya bilməzdim.
- Necə yazdınız? Skinhedlərlə rastlaşdınız, onları gördünüz, tanıdınız, ya necə? Bunlar heç də asan məsələ deyil, axı...
RY: Bu roman qədər üzərində çalışdığım əsər olmayıb. 2008-ci ilin əvvəlində birinci qaralama variantı bitirdim. Sonra işlə ha işlə, çalış ha çalış başladı!.. Nə qədər dəyişikliklər etdiyimin sayını da itirmişəm. Mətbuat çox şey verdi mənə. Skinhedlər haqqında yazılardan xeyli yararlanmışam. İnternet-forumların, sosial şəbəkələrin rolunu isə heç dana bilmərəm. Rus dilini yaxşı bilməyim, İnternet-forumlarda skinhedlərlə sərbəst yazışmama şərait yaratdı və beləcə, romanım üçün qiymətli bilgilər toplaya bildim. Moskvada gəlmələrə pis münasibətlə şəxsən qarşılaşmışdım. Belə konfliktlərdə hər iki tərəfin günahı və payı olsa da, zorakılığa heç nə haqq qazandıra bilməz və bu səbəbdən skinhedlər haqqında yazmaya bilməzdim.
- Şəxsən siz nə ilə üzləşmişdiniz ki? Sirr deyilsə, bölüşün...
RY: Mənim qarşılaşdığım epizodu bəlkə də məzəli epizod adlandırmaq olar. Moskvada metrodan istifadə etməyi çox xoşlayırdım (son partlayışdan sonra artıq bunu demək çətindir). Növbəti gedişlərimin birində 2 yeniyetmənin vaqona mindiyini gördüm. Geyimlərində işim yox, amma gözəl və açıq sifətləri vardı. Gəl ki, danışmağa başlayınca, gəlmələrdən daha nələr demədilər. Düşününcə, haqlı məqamlar da gördüm, axı öz qaydalarını başqalarına sırımaq olmaz və gəlmələr bu baxımdan doğrudan da narazılığa əsas verirlər. Hərçənd, «skinhedlərdən kimlər yararlanır?», «onların arxasında kimlər durur?», «skinhedləri kimlər qızışdırır və kimlər maliyyələşdirir?» qəbilindən suallar da aktualdır. Daha kitabımın məzmununu danışmaq istəmirəm, oxuyanlar biləcəklər...
- Metrodakı skinhedlərlə söhbətləşdiniz?
RY: Onlar elə qəzəbli idilər ki, əksinə, diqqətlərini çəkməkdən çəkindim. Bir də məsələnin mahiyyəti bu deyil: skinhed hərəkatı məhz azərbaycanlılara qarşı yox, gəlmələrə qarşı yaranıb və Moskvada gəlmə çoxdur deyə, Moskvada yaranıb, tutalım, Zapolyaryedə yox. Demək, problem var və onu görməzlikdən gəlmək olmaz və çarəsini tapmaq üçün öncə səbəblərini aşkarlamaq lazımdır.
- Roman çıxdı?
RY: Bəli. Rusiyanın ən nüfuzlu nəşriyyatı məndən «Skinhed»in çap hüququnu əldə edib. Həmin nəşriyyat böyüklüyünə görə Şərqi Avropada 2-ci yerdədir.
- Nəşriyyat özü sizi tapdı, yoxsa...
RY: Yox, əlbəttə! O cür nəhəng və nüfuzlu nəşriyyatın müəllif axtarmasına nə ehtiyacı var. Mən axtardım, mən yazışdım, mən tapdım, yəni yük müəllifin üzərinə düşür. Rusiyada kitab bazarının miqyasını göz önünə gətirsək, reklam bazarına qatılmanın qəlizliyini düşünsək, böyük bir uğurun ortada olduğu danılmazdır.
- Hansı tirajla çıxıb?
RY: Bilirsiniz, həmin nəşriyyat mənimlə üçillik müqavilə bağlayıb. İstədikləri qədər çap edə bilərlər. Bu üzdən yekun tirajı söyləmək mümkün deyil.
- Yayımı başlanıb kitabın?
RY: Hə, Bakıya da gəlib çatıb. Mənə çatacaq müəllif nüsxələrini hələ göndərməsələr də, roman artıq əlimdədir.
- Sirr deyilsə, neçəyə almısınız?
RY: Cəmi 3 manata satılır. Bu, məni sevindirir, çünki oxucuların imkanı daxilindədir.
- Necə qarşılandı Bakıda?
RY: Vallah, bunu demək tezdir, amma bir şeyi söyləyim ki, «Skinhed»i çox populyar seriyada – «rus bestselleri» seriyasında buraxmaları məni qürurlandırır. Mən azərbaycanlıların bütün uğurlarına sevinirəm – istər güləşçi, istər jurnalist, istər şahmatçı olsun və istərsə -- yazıçı.
- Bəs Moskva necə qarşılayıb romanı?
RY: Bu lap qəliz sualdır: kimsə bəyənib, kimsə heç bəyənməyib. Lap çox bəyənənlər də var, orasını-burasını tənqid edənlər də. Amma diqqət yetiriblər. Hamının xoşuna gəlmək mümkün deyil – nə insan, nə də yazıçı kimi. Heç mənim elə niyyətim də yoxdur. Sənətin subyektiv qavranması qaçılmazdır. Məni bəyənənlər üçün yazıram və bəyənməyənlərin də nə vaxtsa nəyisə bəyənəcəyinə ümid edirəm. Bütövlükdə isə hamıya xoş gəlmək öhdəliyi götürməmişəm!..
- Yeni bir roman ideyası artıq başlanıb, ya...
RY: Başlanıb,əlbəttə. Son 2 ildə bir böhran da deməyim, daxili çalxantı yaşamışam. Düz 6 kitabı yazmağa başlamışam, neçə fəslini yazmışam. Birini yarımçıq buraxıb, o birinə meylimi salmışam. Di gəl, heç biri bitmir ki, bitmir. Deyirlər, yazını başlamaq çətindir. Mənim təcrübəmdə bunun tərsi alınıb: romanı asanca başlayıram, ancaq heç cür sonlandıra bilmirəm. Hərçənd, təzə bir romana başlamışam və əminəm ki, sonlandırma problemi yaşamayacağam.
- Hansı mövzuya üz tutmusunuz?
RY: Bir sevgi tarixçəsindən söz açıram. Süjeti açıqlamıram, amma öncəki romanlarımdan fərqli olduğu danılmazdır. «Sərçəcikdən sevgilərlə»də bir az sevgi, bir az mənim sevimli sosial mövzu, bir az da biznes mövzusu bir-birinə qarışmışdı. «Bitmək bilməyən zaman», çox güman, kişi romanı idi. «Skinhed»sə kriminal mövzudan söz açıb. Bu dəfə sevgiyə üz tuturam və öz-özümə arzulayıram ki, kaş, hər şey yaxşı bitə...
- Sizə uğurlar! Və sonuncu sual: AzadlıqRadiosu dinləyicilərinə nə sözünüz var?
RY: Kitab oxuyun! Kitabı unutmayın!