Aprelin 13-dən havanın temperaturu 5 dərəcə aşağı düşəcək. Yaxın 3 gündə Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 5-8, , gündüz 10-13 dərəcə isti olacaq.
Bölgələrdə də yağış yağacağı, bəzi yerlərdə leysan olacağı gözlənir.
Departamentin proqnozuna görə, aprelin 15-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacaq, arabir yağış yağacaq.
Sinoptiklər yüksək dağlıq ərazilərdə sulu qar yağacağını da ehtimal eləyirlər.