Aprelin 13-də Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz tədarükü sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Azərbaycan Gürcüstandan keçməklə Rumıniyaya sıxılmış qaz satacaq.
Layihə çərçivəsində Gürcüstan və Rumıniyada qaz terminalları tikiləcək.
Layihə 2 variantda həyata keçirilə bilər.
Birinci varianta görə, Azərbaycan qazının sıxılması üçün zavod tikilə bilər. Digər təklifə görə, «mavi yanacaq» qazı mayeləşdirən xüsusi gəmilərə çatdırılmalıdır.
Qazın Türkiyə ərazisi ilə ixracı da istisna edilmir.
Dəyəri 4-6 milyard avro proqnozlaşdırılan layihə çərçivəsində Rumıniyaya ildə 7 milyard kubmetr qaz satılacaq. Gələcəkdə nəql həcmi 20 milyard kubmetrə qədər artırıla bilər. / ANS /