Gəncə Dövlət Universitetinin və Müəllimlər İnstitutunun Qazaxdakı filialının bir qrup tələbəsi Azadlıqradiosuna oxuduqları təhsil müəssisələrindəki korrupsiya və rüşvətin geniş yayıldığını deyiblər. Gəncə Dövlət Universitetinin tələbələri onlarda neçə qiymətə nə qədər pul alındığını da bildirdilər. Dediklərinə görə, bu ali məktəbdə “üç” qiymətinin dəyəri 30, “dörd”ün dəyəri 40, “beşin” dəyəri isə 50-60 manatadır.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında da tələbələr rüşvət əlindən dad edirlər. Amma Gəncədən fərqli olaraq Qazaxdakı tələbələr qiymətlərin nisbətən aşağı olduğunu bildirilər. Misal üçün, Qazaxda təhsil alan tələbələr deyirlər ki, Gəncədə “üç” üçün verilən pula onlar az qala bütün imtahanları yola verirlər. Onların bildirdiklərinə görə qiymət kitabçasına “Üç”ü 5 manata, “dörd”ü 6-7 manata, “beş”i isə 10 manata yazdıra bilirlər.
Hər iki ali məktəbin rəhbərliyi ilə tələbələr arasında polemikanı "Korrupsiometr" saytında oxuyun və dinləyin.
Azadlıq Trend
1