Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:38

Yadplanetlilər Azərbaycanda (2-ci hissə)


ƏVVƏLİ BURDA

Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə)

2

...Gördüm, yox yanılmamışam, ancaq küçә qapısını deyil, biz yatdığımız böyük otağın pәncәrәsini döyürlәr!

Mәn yerimdәn qalxıb çarpayıda oturdum vә yerdә, odun peçinin yanında yatan nәvәmlә nәnәsinә baxdım.

Mәn çox tәccüblәndim, çünki mәnim qarım elә sәrvaxt yatır ki, balaca bir sәs olan kimi yuxudan ayılır.

İndi isә o, elә yatmışdı ki, daş kimi... Nә başını ağrıdım, fikirlәşdim ki, yәqin qarı yorulub, ona görә belә bәrk yuxuya gedibdi...

Elә ayağa durmaq istәyirdim ki, bir dә gördüm ki, kimsә evin içindәdir, özü dә düz mәnim üstümә gәlir...!

Elçin, oğul, evdә bizim üçümüzdәn savayı heç kәs yaşamır... Mәn bu adamı görәndә qorxudan әsmәyә başladım, onun oğru, quldur olduğunu zәnn elәdim... O, mәnә yaxın gәlib qabağımda durdu vә dedi:

- Tapdıq, dur, mәnimlә gedәk...

- Bәs qapı bağlı deyildi, o quldur necә içәri girmişdi?- Elçin soruşdu.

- Bağlı idi, oğul, - Tapdıq kişi ona cavab verdi. – Qulaq as, indi deyәcәm, necә evә girmişdi... Mәn hәmin adamın kim olduğunu o dәqiqә sәsindәn tanıdım... Bu mәnim rәhmәtlik atam idi!

O, hәlә Xruşovun vaxtında rәhmәtә getmişdi... Mәn bunu bilәndә daha da qorxdum, ancaq yaxşı ki, peçin işığı onun üzünә düşdü vә onun gözlәrinin açıq olduğunu görüb bir qәdәr özümә gәldim...

- Mәni aparmağa gәlmisәn, ay dәdә?!– deyә dilim dolaşa-dolaşa soruşdum.

- Yox, - dedi, - dur gedәk Göy bulağın yanına, mәnә kömәk elә...

Mәn bir söz demәyib çarpayıdan ayağa durdum vә gördüm ki, artıq paltarımı geymişәm...!

Biz evdәn çıxanda isә gördüm ki, Göy bulağın yanındayıq...!? Oğul, - Tapdıq kişi bir qәdәr sözünә ara verib Elçinә müraciәt elәdi, - Göy bulaq kәnddәn iki kilometr aralıda, dağın döşündә, sәfalı bir yerdә yerlәşir.

Onun birdәn-birә bizim evin qabağında yerlәşdiyini görәndә yenә tәccüblәndim...

İstәdim kişidәn soruşam ki, nә yaxşı bu Göy bulaq bizim hәyәtimizdә peyda olub?

Ancaq soruşa bilmәdim.

Atam bulaqdan bir qәdәr aralıda on-on beş dәnә iri qaya parçaları var, onların yanına gәldi vә onların birinin qabağında dayandı. Mәn fikir verdim ki, hәmin qaya parçası başqalarından rәngi ilә seçilir, o bir qәdәr qara rәngә çalır.

Atam әyilib bu daşı qaldırdı vә mәn bu daşın altındakıları görәndә dәhşәtә gәldim...!

Oğul, mәn hәlә belә qorxmamışdım....

Daşın altında әcaib, uzunbaş bir heyvanınmı, yoxsa insanınmı skileti vardı, onun yanında isә iri bir sandıq qoyulmuşdu...

Atam daşı kәnara atıb skeletin yanına gәldi vә ona bir tәpik ilişdirdi. Skelet yerndәn sıçrayıb әcaib sәslәr çıxara-çıxara meşәyә tәrәf götrüldü vә ağacların arxasında gözdәn itdi. Atam skeletin yerindә uzandı vә dedi:

- Daşı qoy yerinә, ört üstümü...

- Ay dәdә, dur gedәk evdә yat, - mәn ona dedim, - bu daşın-kәsәyin içindә niyә yatırsan?

- Burda gәvә var... - atam cavab verdi, elә o dәqiqә dә yuxuya getdi. ...Mәn burda yuxudan ayıldım, oğul, özü dә necә ayıldım?! ...

Qan-tәrin içindә!

- Bıy, bu yuxu imiş, Tapdıq dayı?- deyә Elçin heyrәtlә soruşdu.

- Һә, oğul, min şükürlәr olsun ki, yuxu imiş... Qulaq as, gör sonra nә oldu, - Tapdıq kişi dedi vә sözünә davam elәdi. - Bu gördüyümün yuxu olduğunu bilib Allaha çox şükür elәdim vә yerimdәn durdum.

Nәvәm nәnәsi ilә necә yatmışdılarsa, elәcә dә yatırdılar...

Mәn durub hәyәtә çıxdım, bir qәdәr tәmiz havada nәfәs alıb qayıdıb yerimdә uzandım...

Nә başını ağrıdım, o yuxudan sonra mәn üç gün özümә gәlә bilmәdim, nәhayәt bu fikrә gәldim ki, gedim Göy bulağın başına, bir ordakı daşlara baxım, görüm orda hәqiqәtәn belә daş var, ya yox!

Mәn әlbәttә bilirdim ki, orda belә yan-yana düzülmüş daşlar var, lakin yadımda deyildi onların içindә qara rәnglisinin olub-olmadığı?

Nә isә, oğul... Mәnim qәdimdәn qalma iri bir xәncәrim var, onu götürüb pencәyimin altında gizlәtdim, dedim birdәn lazım olar vә Göy bulağa yollandım...

Әvvәlcә heç nә hiss elәmirdim, ancaq bulağa yaxınlaşdıqca, gördüm vahimә mәni basır...

Bulağın başına çatanda isә әsmәyә başladım...

Elә ordan boylanıb burda düzülәn daşlara baxdım, - nә görsәm yaxşıdır?! Gördüm ki, hәqiqәtәn dә burda belә bir qara daş var! Bunu görәndә daha da qorxdum, daha o daşlara yaxın gedә bilmәyib geri qayıtdım...

Özü dә necә qayıtdım?! Az qala qaça-qaça! Bilirsәn niyә? Çünki hiss elәdim ki, kimsә arxamca gәlir!

Mәn onun hәnirtisini, ayaqlarının sәsini eşidirdim! Tәsәvvürünә gәtir ki, mәn bir dәfә dә olsun çevrilib geriyә baxa bilmәdim!

Mәnә elә gәldi ki, әgәr geri baxsam, elә o dәqiqә arxamca gәlәn mәni vurub öldürәcәkdir...!

Bir tәhәr gәlib kәndә çatdım vә yalnız burda hәmin hәnirti yox oldu... - Tapdıq kişi dәrindәn nәfәs alıb stәkanı götürdü. – Bax belә oğul, gör mәnim başıma nә iş gәldi?!

Bundan sonra mәn necә Allaha inanmayım?!

Elçindәn sәs çıxmadı.

O, hәm heyrәtә gәlmiş, hәm dә fikrә getmişdi. Tapdıq kişi, deyәsәn bunu hiss elәdi vә onu bu vәziyyәtdәn çıxarmaq üçün dedi:
- Elçin, başına dönüm, bu çayı tәzәlәmәk olarmı?

- Һә, niyә olmur? – Elçin yerindәn durub bayıra çıxdı vә daha bayaqkı kimi gümrah sәslә deyil, sakit sәslә Qarabalanı çağırıb ona yenә çay gәtirmәyi dedi.
- Sәn gәrәk uşaqlarından birini özünlә götürüb Göy bulağa gedәydin... – Elçin yerinә qayıdıb qocaya dedi.

- İki oğlum var, iki qızım, - Tapdıq kişi dәrindәn köks ötürüb sözә başladı. – Ancaq kәnddә iş-güc yoxdu deyә hamısı çıxıb başqa yerlәrә gediblәr... Yanımda bircә nәvәm qalıb, o da uşaqdır, heç mәktәbә dә getmir...

Elçin yenә bir qәdәr fikirlәşdikdәn sonra soruşdu:

- Bәs görәsәn bu yuxunun mә`nası nәdir, Tapdıq dayı?

- Oğul, mәn bu yuxunu ancaq indi dilimә gәtirib danışıram... – Tapdıq kişi cavab verdi. – Mәn belә fikirlәşirdim ki, bu yuxunu heç kәsә danışmayım.

Ancaq sәn mәnim ürәyimә elә yatdın ki, sәndәn bu yuxunu gizlәyә bilmәdim! Allah sәni atana-anana çox görmәsin, ay oğul, sәnә necә oldusa e`tibar elәdim...

Demәk istәyirәm ki, heç ağlıma gәlmәyib ki, bunun mә`nasını öyrәnәm...

- ... Deyirәm bәlkә hәqiqәtәn o daşın altda nә isә var, Tapdıq dayı, atan sәnә demәk istәyib ki, onu qazıb çıxarasan...?- Elçin bunu deyib mә`nalı-mәnalı Tapdıq kişinin üzünә baxdı, sonra da soruşdu, - sandıq çox yekә idi?

Tapdıq kişi Elçinin bu sözlәrini eşidәndә o da gözünü qırpmadan Elçinә baxmağa başladı.

- Һә, yekә idi... – Tapdıq kişi bir qәdәr ara verib dedi. – Yük sandığı boyda olardı...

– Bәlkә orda böyük bir var-dövlәt gizlәdiblәr, hә?

- Bәlkә dә, oğul...

Elçini maraq bürüdü! O, heç nәdәn qorxmadan Göy bulağa gedib hәmin daşın altını yoxlamaq istәyirdi.

Yox, ona görә yox ki, o, varlanmaq istәyirdi! Ona nәdәnsә belә gәlirdi ki, hәmin daşın altında hәqiqәtәn nә isә var...

Olsun ki, sәrvәt deyil, qәdim bir alimin әl yazmalarını gizlәdiblәr orda? Kim bilir?! Ancaq bunu Tapdıq kişiyә necә desin? Necә ona desin ki, gedәk mәn qazım o daşın altını? Bu qoca yәqin fikirlәşәr ki, mәn o sandığı әlә keçirmәk istәyirәm...

- Oğul, Elçin, mәni doğrasalar da, o Göy bulağa tәk gedә bilmәrәm... – Tapdıq kişi elә bil onun nә fikirlәşdiyini anladı. – Yox, o Allah haqqı mәn qorxaq adam deyilәm, mәn uzun illәr qoruqçu işlәmişәm, bizim yerlәri gecә-gündüz qarış-qarış gәzmişәm...

Elә olub ki, bir neçә gecә tәk-tәnha meşәdә yatmışam! Ayı da qabağıma çıxıb, qaban da çıxıb, canavar sürüsü dә!

Zәrrә qәdәr dә olsun qorxmamışam! Ancaq o yuxu haqqında fikirlәşәndә vahimә mәni basır...

- Tapdıq dayı,- Elçin sakit sәslә dedi, - heç bilmirәm necә sәnә deyim..., әgәr e`tibar edirsәnsә bir yerdә gedәk o daşın altını yoxlayaq... Әgәr qızıl-zad çıxarsa, özün nә verәrsәn, verәrsәn...

- Oğul, iş e`tibar elәmәkdә deyil, - Tapdıq kişi izah elәdi. – Deyirәm birdәn orda şәr qüvvәlәr olar, bizi vurub – eliyәrlәr, zәrәr yetirәrlәr....

Mәn özümdәn ehtiyat elәmirәm, qoca kişiyәm, gördüyümü görmüşәm... Sәn heyifsәn axı... cavan oğlansan, hәyatın hәlә qabaqdadır...

- Arxayın ol, Tapdıq dayı, - Elçin inamla ona dedi. – Bizi vursalar biz dә vurarıq, uşaq-zad deyilik ki?

- Oğul, onda sәndәn bir xahişim var, evdәkilәrә demә hara gedirsәn! – Tapdıq kişi ciddi dedi. – Başqa yer adıynan çıx evdәn...

- Oldu, Tapdıq dayı! – Elçin onu әmin elәdi. – Sәn Kәrpiçlidә harda olursan?

- Klubun yanında! – Tapdıq kişi dedi. – Orda kimdәn soruşsan göstәrәcәk!

- Sabah gәlsәm necәdir, Göy bulağa gedә bilәrikmi?

- Niyә getmirik?! – Tapdıq kişi razılaşdı.

Bu zaman dükana bir neçә müştәri daxil oldu vә burdakı malları nәzәrdәn keçirmәyә başladılar.

Bir qәdәr sonra Qarabala da gәldi vә gәtirdiyi çayları stolun üstünә düzüb getdi.

Müştәrilәr gedәndәn sonra Tapdıq kişi bir qәdәr dә Elçinlә söhbәt elәdi vә sonra da xudafizlәşib dükanı tәrk elәdi.

Elçin sabahısı gün atasını maşınla dükana gәtirirdi vә birbaşa Kәrpicliyә yola düşdü.

O, hәlә dünәn evdә demişdi ki, rayonların birinә tacirlәr Türkiyәdәn mal gәtirib, ona gedib baxacaqdır. Evdәkilәr ona inanmışdılar, çünki o, tez-tez maşınla rayonlara mal dalınca gedirdi.

Şәhәrdәn Kәrpiçliyә qәdәr uzağı bir saatlıq yol idi. Elçin bu yolu necә sürüb gәldiyini, vaxtın necә keçdiyini hiss elәmәdi.

O, kәndin girәcәyindә maşını saxlayıb burda qoyun otaran balacә bir oğlandan klubun harda yerlәşdiyini öyrәndi.

Klub kәndin mәrkәzindә yerlәşirdi. Elçin mәrkәzә gәldi vә burda yığılıb söhbәt edәn adamlardan Tapdıq kişinin evinin yerini soruşdu.

Onlar Elçinә hara getmәk lazım olduğunu göstәrdilәr vә Elçin maşını sürüb sarımtıl rәngli dәmir darvazanın qabağında saxladı.

O, maşından düşüb qapıya yaxınlaşdı vә qapını döydü. Çox keçmәdi ki, Tapdıq kişi qapıda göründü vә onlar әl verib görüşdülәr.

- Gәl, xoş gәlmisәn! – deyә Tapdıq kişi onu içәri dә`vәt elәdi. Elçin hәyәtә daxil olanda Tapdıq kişi onun maşınla gәldiyini görüb darvazanı taybatay açıb dedi:

- Sal maşını içәri, oğul, maşın bu işdә bizә lazım olmayacaq...

Elçin maşını hәyәtә sürüb saldı. Tapdıq kişi darvazanı bağlayıb onun qoluna girdi vә evә tәrәf apardı vә xәbәrdar etdi:

- Elçin, oğul, mәn qarıma demişәm ki, sәn qәzetdә işlәyirsәn... sәn dә elә de, denәn ki, yazıçısan, kәndimiz haqqında yazı yazacaqsan, yaxşımı?

Qoy başqa şey fikirlәşmәsin... Elә burda soruşan olsa kimsәn, nәyә gәlmisәn, hamıya belә deyәrsәn...

- Yaxşı, Tapdıq dayı – Elçin onun nә demәk istәdiyini başa düşdü. Onlar eyvana qalxıb evә keçdilәr vә Tapdıq kişinin nәvәsi onların qabağına yüyürdü. Uşaq evә qonaq gәldiyini görüb sevinmişdi.

Elçin әlini gödәkcәsinin cibinә salıb bir neçә iris konfeti çıxardı vә gülә-gülә bu balaca oğlana uzatdı. Körpә konfetlәri görüb daha da sevindi vә sağ ol, әmi, dedi. Elçin onun qabaq dişlәrinin töküldüyünü görüb soruşdu:

- Baa, bәs sәnin dişlәrin hanı, ay balaca pәhlәvan?

- Siçana verdim...

- Siçan acmışdı?

ARDINI BURDA OXU
XS
SM
MD
LG