Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:08

Ərdoğan: «Qarabağ Türkiyənin şərti deyil»


Türkiyənin «NTV» kanalının baş nazir Rəcəb Tayyip Ərdoğandan aldığı müsahibədə Qarabağ, Türkiyə-Ermənistan münasibətləri mövzusu geniş yer alıb.

«Qarabağ Türkiyənin şərtidirmi» sualına cavabında baş nazir «Bu, bizim şərtimiz deyil, bu, Azərbaycanın şərtidir. Bu, bizi birbaşa maraqlandıran mövzu deyil. Ancaq biz dolayısı ilə bu işin içindəyik» deyib.

«HƏLL OLUNMASA, PARLAMENT «HƏ» DEMƏZ»

«Biz 1993-cü ildə sərhədi niyə bağladıq» sualına Ərdoğan «Azərbaycan torpaqları işğal olundu» deyə cavab verdi: «İndi hörmətli Əliyev «rayonlardan çəkilsələr, mən sərhədi açaram deyir».

«Neçə rayon» sualına isə Ərdoğan «təbii ki, 5, üstə gəl 2. Bu iki Laçın və Kəlbəcərdir, bunu deyir». «Bəs, ümid vəd edən bir irəliləyiş varmı» sualına isə Ərdoğan belə cavab verib:

«Ermənistan tərəfi buna soyuq yanaşır. İndi bu məsələni aralarında müzakirə edirlər. Eyni zamanda Minsk Qrupu da bu məsələ üzərində işləyir. Əgər bu işə ciddi yanaşmasalar, nəticə əldə etmək mümkün deyil. Biz ABŞ-da bir saat yarım oturub danışdıq. Deyir ki, «Dağlıq Qarabağ ilə Ermənistan-Türkiyə sərhədini bir-birinə qarışdırmayın. Dedik ki, «baxın, sizə göndərdiyim məktubda beynəlxalq hüquqda əhd-vəfa deyilən bir şey var. Biz əhdə sadiqik. Verdiyimiz sözə xilaf çıxmayacağıq. İsveçrədə nə imzalandısa, biz arxasındayıq. Ancaq o mətnin içində belə bir ifadə var - regionda sülhün təminatı üçün». İndi regionda sülhün təminatında Azərbaycanla Ermənistan arasında problem var. Sülhün təminatına çalışmalıyıq, çünki sərhədin bağlanmasının səbəbi budur. Bu problemi həll etməliyik. Bunu həll etmədiyimiz müddətdə bizim parlamentdən «bəli» çıxmayacaq. Bu həqiqətdir. Biz parlamentimizdən neqativ qərar çıxmasını istəmirik».

ƏHMƏD DAVUDOĞLU AZƏRBAYCANA NİYƏ GƏLİR?

Rayonlar haqqında isə Ərdoğan deyib ki, iki ölkəni xarici işlər nazirləri bu məsələni müzakirə etsinlər. «Biz Əhməd bəyi Azərbaycana nə üçün göndərdik? «Bu protokollar imzalananda da rayonlar məsələsi ortadaydı. Bunun həll oluna biləcəyi düşünülərəkmi bu protokollar imzalandı» sualına «Əlbəttə, həllə yaxın olduğu düşünülərək. Üstəlik heç vaxt bir araya gəlməyən iki lider, 10 dəfə görüşdülər. Diplomatiya uzun yoldur».

AZƏRBAYCANDAN GECİKƏN DƏSTƏK

«Əhməd Davudoğlu Bakıya da Amerikadakı danışıqlarınızın ardından bir mesajmı aparır» sualına Ərdoğan «xarici işlər nazirlərinin öz aralarında keçirdikləri danışıqlardır. Bu danışıqlarla birlikdə hörmətli Əliyevə də həm məlumatlandırma, həm də özlərinin gəldiyi nöqtə və ya bundan sonra nə edə bilərik, bunları müzakirə etməyə getdi» cavabını verdi.

«Azərbaycan tərəfini kifayət qədər xoş məramlı, fədakar və qərarlı görürsünüzmü? Azərbaycan Ankaraya yetərli dəstək verirmi» sualına isə Ərdoğan «Xoş niyyətli olduğuna inanıram. Çünki onlar da məsələnin həll olunmamasını özləri üçün problemin mənbəyi görürlər» dedi. Ərdoğan «Xarici Əlaqələr Komitəsindəki səsverməni həyəcanla izləyərkən birisi «Azərbaycan Türkiyənin lobbi fəaliyyətində heç o qədər iştirak etmədi, bunda bir az vəfalı davranmadı» dedi. «Nə deyirsiniz» sualına Ərdoğan, «Doğrusu, təəssüf ki, bu olmadı, ancaq daha sonra göstərdikləri dəstəklə, açıqlamaları ilə onu kompensasiya etməyə çalışdılar» cavab verdi.
XS
SM
MD
LG