«Moskvaya sulfat turşusu yağa bilər». Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşı, akademik Arif İsmayılzadə deyib. «İşdən sonra»da İslandiyada püskürmüş vulkanın Azərbaycana mümkün təsirlərindən danışılıb.
A.İsmayılzadə deyib ki, sonuncu həftə ərzində möhkəm püskürmə nəticəsində vulkanik kül yüksəkliklərə qalxıb. Külün yüksəyə qalxdığı məsafə 10 kilometrə yaxındır:
- Küləyin dinamikasından asılı olaraq vulkanik kül Avropaya keçir. Vulkanik külün təsiri o zaman təhlükəli ola bilər ki, yağış yağsın və ya külək hərəkət etməsin. Ola bilər küllə birlikdə vulkandan zəhərli qazlar da çıxsın. Zəhərli qaz - yəni, kükürd yağışla reaksiyaya girəndə sulfat turşusu axa bilər, onun təhlükəsi çoxdur. Hazırda deyirlər Moskva üzərində yığılır.
Arif İsmayılzadə onu da deyib ki, Azərbaycanda ən təhlükəli vulkan Elbrus vulkanıdır. Bu vulkanın yaxınlarda püskürmə ehtimalı yoxdur:
- Elbrus vulkanı hazırda susur. Məndə olan məlumata görə, elə bir proqnoz yoxdur ki, bu vulkan püskürə bilər. Vulkanın yerindən də çox şey asılıdır. Elə vulkan var ki, hava isti olan, yağış yağmayan yerdə təhlükə yaradır.
DİNLƏYİN
/ Hazırladı Gülər Qasımova /
HƏMÇİNİN OXU
Vulkan külü necə hərəkət edəcək?
A.İsmayılzadə deyib ki, sonuncu həftə ərzində möhkəm püskürmə nəticəsində vulkanik kül yüksəkliklərə qalxıb. Külün yüksəyə qalxdığı məsafə 10 kilometrə yaxındır:
Həmçinin bax: