Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:10

Vəfa Quluzadə: «Ermənistan Rusiyanın oyununu oynadı»


Vəfa Quluzadə
«Ermənistan Rusiyanın oyununu oynadı».

Bunu politoloq Vəfa Quluzadə Ermənistan-Türkiyə münasibətlərini, protokol məsələlərini şərh edərkən deyib.

Vəfa Quluzadə «İşdən sonra»da deyib ki, Rusiya heç vaxt Ermənistan-Türkiyə yaxınlaşmasına icazə verməz:

- Ermənistan Rusiyanın əmrini yerinə yetirərək sərhədlərin açılmasını istəmədi. Rusiyanın geosiyasi marağı isə tələb edir ki, regionda nə hərb, nə sülh vəziyyəti davam etsin. Rusiya bütün Qafqaza yiyələnmək istəyir.

Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, Ermənistan lobbisi Ermənistan adından lobbiçilik edə bilmir:

- Ermənistan lobbisi belə hökuməti Amerikada təbliğ edə bilmir. Amerikadakı erməni lobbisi ilə Ermənistan hökuməti arasında çox kəskin narazılıq var. Ermənistan müxalifəti birbaşa erməni lobbisi ilə işləyə bilir və Ermənistan hökuməti bununla hesablaşmalı olur. Erməni lobbisinin əsas diqqət mərkəzi Türkiyə, erməni hökumətinin əsas diqqət mərkəzi isə Qarabağdır.
Sinan Ogan
Qarabağ erməni lobbisi üçün alətdir, amma müstəqil faktor deyil.

TürkSAM-ın rəhbəri Sinan Ogan isə ümidlidir ki, bu il də Ağ Ev soyqırımı sözündən istifadə etməyəcək:

- Ağ Ev 24 aprel məsələsini hər il təsdiqləyir. Daha əvvəl soyqırımı demirdilər, amma elə ifadələr istifadə edirdilər ki, soyqırımı olduğu mətndən anlaşılırdı. Keçən il Amerika prezidenti soyqırımı ingiliscə deyil, erməni dilində istifadə etdi. Bu il yəqin ki, soyqırımı sözünü ingilis dilində ifadə etməyəcəklər.




/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU

Sarkisyan protokolların təsdiqi prosesini dayandırdı

Ermənistan ABŞ-ı təəccübləndirməyib
XS
SM
MD
LG