Azərbaycanda Dünya Dini Liderlərinin Ümumdünya Sammitində bütün ermənilərin katolikosu II Qareginin iştirakına etiraz əlaməti Gülüstan sarayının qarşısında etiraz aksiyası keçirilib.
Bu barədə məlumatı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı verib. Onun sözlərinə görə, aksiyada iştirak edənlərin əksəriyyəti şəhid ailələri olub. Onlar «Azərbaycan anaları etiraz edir» və digər şüarlar səsləndiriblər.
Piket iştirakçılarının qarşısına Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxıb, etirazçılar öz sözlərini ona çatdırıblar.
Daha sonra polis aksiya iştirakçılarını polis maşınları ilə ərazidən uzaqlaşdırıblar.
Akif Nağı bildirib ki, martın 25-də Bakıda Yeniyetmələr arasında dünya çempionatına erməni idmançıları da dəvət olunmasına etiraz əlaməti olaraq Qarabağ Azadlıq Təşkilatının nümayəndələri xəbərdarlıq etmədən yarış keçirilən zala daxil olublar. Bundan sonra onlar şüarlar səsləndiriblər, yarış keçirilən zala müxtəlif əşyalar atmaqla 3 dəfə yarışın dayandırılmasına nail olublar:
«Polis 6 nəfər QAT üzvünü saxlayıb. Onlardan iki nəfərin harada olması barədə məlumat yoxdur, bir nəfər xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib, QAT-ın sədr müavini İlqar Əliyevin isə bu gün Xətai rayon məhkəməsinə gətirilməsi gözlənilir».
Akif Nağl bildirib ki, aksiyada ümumilikdə 30-35 nəfər iştirak edib.
QAT sədrini isə Xətai rayon 34-cü polis bölməsinə aparıbmışlar. Xətai Polis İdarəsinin rəisi Həsən Əliyev tərəfindən xəbərdarlıq aldıqdan sonra o, sərbəst buraxılıb.