Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

«Dövlətin əsas orqanlarında siyasiləşmə prosesi gedir»


Namizəd Səfərov
Namizəd Səfərov
«Azərbaycanda prokurorluq da daxil olmaqla bütün orqanlar siyasiləşib».

Hüquqşünas Namizəd Səfərov belə hesab edir. O, «İşdən sonra»da prokurorluqda hansı dəyişikliklərə ümid və ehtiyac olmasından danışıb.

Namizəd Səfərov deyib ki, Azərbaycanda siyasiləşmə dövlətin ümumi problemidir:

- Bu gün dövlətin əsas orqanlarında siyasiləşmə prosesi gedir. Orqanlar dövlət sifarişlərini yerinə yetirməməlidirlər. Konstitusiya bizim ölkədə kitaba çevrilib, istədikləri vaxt dəyişikliklər edirlər. Dövlət rəhbərləri maraqlı olmalıdırlar ki, demokratiya inkişaf etsin. Keçmiş sovet dövründə olduğu kimi, bir partiyanın hegemonluğu ilə heç nə edə bilməyəcəyik. Konstitusiyanı gündə dəyişib ayrı–ayrı şəxslərin səlahiyyətlərini artırmaqla heç nə əldə etməyəcəyik.

Hüquqşünas qeyd edib ki, Zakir Qaralovun ömürlük prokuror seçilməsindən narazıdır:

- Vətəndaş kimi Zakir Qaralovun 10 illik fəaliyyətindən narazıyam. Təkcə Zakir Qaralovun prokurorluq orqanlarına gəlməsi ilə 200-ə qədər prokuror işçisi ixtisara adı ilə uzaqlaşdırılmışdır. Prokurorluq orqanlarının nüfuzu aşağı düşmüşdür. Bu gün prokurorluq axırıncı yerdə durur.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU:

ZAKİR QARALOVUN RƏNGLİ YUXULAR VƏ DÖVLƏTÇİLİK NİTQİ
XS
SM
MD
LG