Pakistanın Peşəvər şəhərində aprelin 28-də səhər kamikadze hücumu zamanı 5 polis ölüb, azı 8 nəfər yaralanıb.
Pakistanın hüquq-mühafizə orqanlarının məlumatına görə terrorçu minalanmış avtomobili polis məntəqəsinə çırpıb.
Ötən il Pakistan ordusu ölkənin şimal-qərbində əməliyyatlar zamanı yüzlərlə yaraqlını məhv edib, əl-Qaidə və Talibanın bir çox istehkamını təmizləyib. Buna baxmayaraq yaraqlılar ölkə boyu partlayışlar törətməkdə davam edir, xüsusən şimal-qərbdə yüzlərlə adamı öldürüblər.