Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:07

«Aprel oyuncaqları»


1920-ci il aprel ayının 28-də Sovet qırmızı ordusu Şərqdə ilk dəfə qurulmuş Azərbaycan Demokratik Respublikasının ərazisini işğal edib.

Bəs qəzetlər bu hadisədən bir az sonra nə yazırdılar?

«Kommunist» qəzetinin 1929 –cu il 28 aprel sayı «Yaşasın Azərbaycan Kommunist firqəsi» başlıqlı məqalə ilə başlayır.

«Yalnız proletar inqilabının 28 aprel 1920 – ci il qalibiyyəti Rəsulzadə, Topçubaşov, Salmanov və başqalarını, siyasi şarlatanlar tarixinin zibil qutularına atdı və imperializmin tamahkar dizlərini qıraraq geridə qalmış xalqların inkişafı və mədəni yüksəlişi üçün geniş yollar açdı.
10 il əvvəl yaltaq müsavat nazirinin mədənlərdəki tətili dağıtmaq üçün İngilis generallara quyruq buladığı yerdə indi böyük mazut ordusu yaradılmış, əmək və yaşayışı sağlamlaşdırmaq, gözəlləşdirmək uğrunda böyük müvəffəqiyyətlər əldə etmişdir.
Aprel inqilabı müsavat hakimiyyətini həmişəlik aradan qaldırdı.
İşçi və kəndlilər! Daha ayıq olun! Müsavatçı və İttihadçıların provokasiyalarına uymayın!»

«Aprel oyuncaqları»



«Kommunist» qəzetinin 1929 –cu il 28 aprel sayında M. Ə. Rəsulzadə, Topçubaşov və Azərbaycan cümhuriyyətinin digər nümayəndələrinə həsr edilmiş karikaturalar və həcv xarakterli şerlər də yer alır.

M. Ə. R əsulzadə
İnternasiyonal ölkədə
Sənə inan ki yer yoxdur!
Tərəfdarın yol bəlkə də
Sənə nifrət edən çoxdur!

Ş .B. Rüstəmbəyov
Fəkət yazıq, yazıq sana!
Sən bir də Azərbaycana
Qanlı addım atamazsan
Bizi pula satamazsan.

«Gözünə girsin»

«Kommunist» qəzetinin 1930 –cu il 29 aprel nömrəsində Əsəd Tahir adlı şəxsin M. Ə. Rəsulzadəyə ithaf etdiyi məqalənin adı belədir: Gözünə girsin. Məqalədən bəzi hissələri təqdim edirik.

«200 - ə qədər türk qızı Azərbaycan himnini oxuyur. Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən bağrın çatlayar! Onu Üzeyir Hacıbəyli yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce «Azərbaycan» qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın on illiyi himnini yazmış, türk qızlarına oxutdurur. Və özü dirijorluq edir. Görürsənmi vaxtilə bel bağlamaq istədiyiniz adamlar belə sizə nifrət edərək sizdən üz çevirmiş və Şuralar Azərbaycanının mədəni quruculuq işlərində ən aktiv iştirak edirlər.
Çox söz söyləməyəcəyəm!
Şuralar Azərbaycanının yetişdirdiyi gənc və inqilabçı dirijor Əfrasiyabın çubuğu gözünə girsin!»
XS
SM
MD
LG