Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Ramiz Rövşən: «Mən iyrənib susa bilərəm»


Ramiz Rövşən
Ramiz Rövşən
«Mən özümü sınmış hesab etsəm, heç nə yaza bilmərəm. Küsdüyüm məqamlarsa olub, mən bunu küsmək yox, iyrənmək adlandırardım».

Şair Ramiz Rövşən AzadlıqRadiosunun «İşdən sonra» verilişində belə deyib.

Mayın 3-də şair sözügedən verilişin qonağı olub, dinləyicilərin və aparıcının suallarını cavablandırıb.

R.Rövşən onu Azərbaycanda iyrəndirən məqamların çox olduğunu deyir:

«Mən iyrənib susa bilərəm. Bəzən elə mühit yaranır ki, iqtidarlı, müxalifətli - bunun siyasi fərqi yoxdur - bütün hamısı bir yerdə insanı iyrəndirə bilər».

Ramiz Rövşən «mənim ailəm mənim qalamdı» düşüncəsi ilə yaşayır. Deyir ki, ailə insanın davamı və bütövlüyüdür:

«İsanın əsl sifətini onun ailəsi göstərir. Mən bunu divarlar mənasında yox, ailə üzvləri mənasında başa düşürəm».


Müsahibənin mətni burda
XS
SM
MD
LG