Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:54

Ceza yağışlı Bakını «ikinci məmləkətim» adlandırıb


Mayın 2-də türkiyəli reper Ceza Bakıda birgünlük konsert verib. (VİDEO SAĞDA)

Təşkilatçıların «Can Bakı» proqramına bildirdiyinə görə, həmin gün havanın yağışlı olması rep həvəskarlarını ruhdan salmayıb. 3 saat davam edən konsertdə təxminən 500 dinləyici iştirak edib.

Dinləyicilərin alqışları altında Azərbaycandan olan reper Uranla birlikdə Ceza «freestyle» (bədahətən rep söyləmə) ediblər.

Vaxtın azlığı Bakını çox gəzməyə imkan verməsə də, Ceza şəhərlə tanış ola bilib.

Bakını ikinci vətəni adlandıran reper Azərbaycan paytaxtına bir daha ancaq gəzmək üçün gələcəyini söyləyib.

Əsl adı Bilgin Özçalkan olan Cezanın 33 yaşı var.

2003-cü ildən etibarən dünyada məşhurlaşmağa başlayan reperin yeni albomu mayın ortalarında çıxacaq.


Buna da bax:

XS
SM
MD
LG