Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

«Fatimeyi-Zəhra» məscidini nə gözləyir?


«Fatimeyi-Zəhra» məscidi
«Fatimeyi-Zəhra» məscidi
«Fatimeyi-Zəhra» dini icması, məscidlərinin sökülməsinin qarşısının alınması xahişi ilə prezident İlham Əliyevə müraciət göndərmək fikrindədirlər. İcmanın rəhbəri Seyid Tofiq Rəsizadə deyir ki, «Fatimeyi-Zəhra» Yeni Günəşli qəsəbəsində mövcud olan yeganə məsciddir. Onun fikrincə, dövlət başçısı xalqın qəpik-qəpik topladığı ianə əsasında inşa edilən bu məscidin sökülməsinə imkan verməməlidir:

BİZƏ GAH TERRORÇU, GAH VƏHHABİ, GAH DA İRANPƏRƏST DEYİBLƏR

- Biz ancaq prezidentimizdən xahiş edəcəyik ki, bizə kömək eləsin. Xalqın fikrin, rəyin nəzərə alsın. Bizə müxtəlif adlar veriblər. Gah terrorçu deyiblər, gah vəhhabi, gah da İranpərəst. Ancaq biz yalnız Allaha xidmət edirik…

Hələ ötən il Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 1 saylı İqtisad Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə bağlı qərar vermişdi. Bu il aprelin 30-da isə Ali Məhkəmə bu məscidin sökülməsi ilə bağlı qərarı qüvvədə saxlayıb.

Seyid Tofiq Rəsizadə deyir ki, onlar indi Ali Məhkəmənin qərarını alıb əlavə kassasiya şikayəti vermək niyyətindədirlər. Ancaq Ali Məhkəmənin Plenumunun da bu şikayəti qəbul edib-etməyəcəyi sual altındadır.

Seyid Tofiq Rəsizadə yada salır ki, «Fatimeyi-Zəhra» məscidinin inşasına razılığı keçmiş prezident Heydər Əliyev verib və ilkin maliyyə yardımını da dövlətin özündən alıblar.
Dindarlar «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz edirlər, 1 sentyabr 2009
Sonradan da yalnız xalqın ianələrinə söykəndiklərindən məscidin inşası illərlə çəkib. Onun fikrincə, əgər məscidi buldozer və traktorların gücü ilə sökmək istəsələr belə, çalışacaqlar ki, heç bir təxribata uymasınlar:

MƏSCİDİ SÖKƏNLƏRİ BİABIRÇILIQ GÖZLƏYİR

- Özləri bilər, Allah bilər. Biz sivil qaydada axıra qədər mübarizə aparacağıq. Ancaq özümüzü traktorların altına atası, iğtişaş törədəsi deyilik. 114-cü ayədə deyilir ki, məscid sökənləri bu dünyada biabırçılıq, o dünyada cəhənnəm gözləyir. İslam haqqa söykənir, biz özümüzü mömin kimi aparacağıq.

Seyid Tofiq Rəsizadə deyir ki, artıq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyx Allahşükür Paşazadəyə də müraciət ediblər. Ola bilsin ki, şeyx də «Fatimeyi-Zəhra» məscidinin sökülməməsi xahişi ilə prezidentə üz tutsun.

QMİ MƏSƏLƏNİ DİQQƏTDƏ SAXLAYIR

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova isə deyir ki, onlar bu məsələni diqqətdə saxlayırlar:

Təzə Pir məscidi
- İndi kimlərinsə informasiya ötürməsi düzgün deyil. Hansı addım atılacaqsa, biz özümüz məlumat verəcəyik.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi isə artıq bəyanat verərək Ali Məhkəmənin qərarını kəskin tənqid edib. Mərkəzin rəhbəri İlqar İbrahimoğlu deyir ki, Azərbaycanda son illər məscid sökmək təşəbbüslərinin arxasında bolşevik yanaşması dayanır:

- Kimlərsə insanların ülvi hislərindən qorxurlar. Azərbaycanda artıq məscid sökmək ənənəyə çevrilib. Belə bir ənənə heç bir ölkədə yoxdur.

Ali Məhkəmənin qərarından sonra isə polis tamamilə «Fatimeyi-Zəhra» məscidini nəzarətə götürüb. Seyid Tofiq Rəsizadə deyir ki, əgər bundan sonra oradan nəsə tapılarsa, bu onlarlıq deyil.

Bundan əvvəl isə Neft Daşlarında və Bakının Yasamal rayonu ərazisində «Peyğəmbər» məscidi sökülüb yerlə-yeksan olunmuşdu.
XS
SM
MD
LG