Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:57

Yerevanda Göy məscid hər gün İran vətəndaşları ilə dolu olur


Yerevanda məscid
Gözlə
Embed

No media source currently available

0:00 0:02:15 0:00

Yerevanda məscid

YEREVANDA MƏSCİD İRAN VƏTƏNDAŞLARI İLƏ DOLUDUR

Bütün ermənilərin katolikosu II Qaregin aprelin 26-da Bakıda erməni kilsəsini ziyarət edəndə Yerevanda məscidin fəaliyyət göstərdiyini bildirmişdi.

AzadlıqRadiosunun erməni xidmətindəki jurnalistlərdən həmin məscidi çəkməyi xahiş etmişdik. Onların çəkdikləri videoda görünür ki, Yerevanın mərkəzində Göy məscid fəaliyyətini davam etdirir. Orada İrandan gedən adamlar ibadət edirlər. Müxbirlə söhbət edən iranlıların çoxu tələbə olduqlarını deyiblər:

«İki ildir Ermənistandayam. Konservatoriyada oxuyuram. Bu ölkədəki şəraitdən razıyam. Yeganə problem odur ki, iş yoxdur».

GÖY MƏSCİDİN TARİXÇƏSİ

Tarixçilərin məlumatına görə, Yerevandakı Göy Məscidi 1760-cı illərdə İrəvan xanı Hüseynəli Xan tikdirib. 24 metr hündürlüyündə minarəsi olan məsciddə ibadət otaqlarından başqa kitabxana, 28 hücrəli mədrəsə olub. Kompleks ümumilikdə 7 min kvadratmetr sahəni əhatə edir.

Sovet hakimiyyəti illərində - 1931-ci ildə bu məscid bağlanıb. Onun yerində Yerevan şəhər Muzeyi yaradılıb. 50-ci illərdə onun minarəsi uçulub.

Sovet hakimiyyəti dağılandan sonra – 1990-cı illərin sonlarında isə Ermənistan hakimiyyəti Yerevan arxivini başqa yerə köçürərək məscidi təmir üçün İrana verib. İran da məscidi təmir edərək onu Yerevana gedən vətəndaşlarının ixtiyarına verib.

O BİRİ MƏSCİDLƏR HANI?

1990-cı ildə Yerevandan qovulmuş azərbaycanlılardan biri olan Söhbət Məmmədov bildirir ki, sovet hakimiyyəti illərində Göy məscid muzey olduğundan heç məscid kimi tanınmırdı da. O zaman dindar azərbaycanlılar Yerevanda balaca da olsa, fəaliyyət göstərən başqa bir məscidə gedirlərmiş:

«Çox pis vəziyyətdə idi. Respublika stadionunun yanında bir balaca məscid idi. Ətrafında binalar tikildiyindən həyətin ortasında qalmışdı. Azərbaycanlılar arasında məscidə gedənlər vardı. Görünür, indi ondan əsər-əlamət qalmayıb».

Söhbət Məmmədov deyir ki, vaxtilə İrəvan xanlığı zamanı İrəvan şəhərində 11 məscid olub. Amma müxtəlif vaxtlarda onlar dağıdılıb.

Bütün ermənilərin katolikosu II Qaregin Bakıda səfərdə olanda işğal altında olan Şuşa məscidinin bərpa ediləcəyi haqqında da danışıb. Amma Söhbət Məmmədov hesab edir ki, bərpa prosesinə yenə də İrandan mütəxəssislər dəvət ediləcəksə, Azərbaycan buna razılaşmamalıdır. Çünki İrandan gələn mütəxəssislər Yerevandakı Göy məscidi bir fars abidəsi kimi bərpa ediblər. Halbuki, onun fikrincə, bu, Azərbaycan mədəniyyətinin bir abidəsidir.
XS
SM
MD
LG