Moskva metrosundakı partlayışlardan sonra Kreml Dağıstanın problemlərinin həllinə girişib. Ancaq daha çox iqtisadi yönümlü olan bu addımlar kifayət edəcəkmi?
ETNİK, DİNİ QARMAQARIŞIQLIQ
«Dağıstanda artan narazılıq» şərhində «Ceyns» Araşdırma Mərkəzi yazır:
Dağıstanda 20-dən çox xalq və 30-dan çox etnik qrup var. Dağıstan əhalisinin çoxu sünni olsa da, onlar 4 sufi təriqətindəndirlər. Bunlardan sayca ən böyüyü Nəqşbəndiyə tərəfdarlarıdır. Sonrakı yerlərdə Şaziliyə, Cazuliyə və Qədiriyə təriqətləri gəlir.
Ezoterik, fərdiyyətçi ruhlu Sufiliyi onun daha sərt Sələfi variantı ilə əvəz etmək istəyənlər də çoxdur. Sələfilər İslamı Quranda və hədislərdə yazılan prinsiplərə qaytarmaq, ədalət qaydalarını isə Şəriətlə əvəzləmək istəyirlər. Onlar siyasi hakimiyyəti tanımaq istəmirlər.
Yerli adət-ənənə də güclüdür.
Nəticədə Dağıstanın 2 milyonluq əhalisi Sufiliklə qədim yerli ənənələrin qarşığından ibarət inanclara inanırlar.
KASIBLIQ
Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Burda 30 yaşdan aşağı hər 4 nəfərdən 3-ü işsizdir.
İşləyənlər ayda 100 dollar məbləğində maaş alır. Bu da Rusiyadakı orta maaşdan 2 dəfə azdır.
ZORAKILIQ
Zorakılıq Dağıstanda sosial xəstəlik halındadır. Mütəşəkkil cinayətkarlıq narkotik qaçaqmalçılığı və reketlə məşğuldur. Kriminal qruplarla radikal dini qruplar arasında fərqləri tapmaq çətindir. Çünki bəzən eyni adam eyni vaxtda hər iki qrupun üzvüdür.
Yerli biznes özünü qorumaq üçün həm kriminallara haq ödəyir. Həm də dini vergi verir.
Zorakılığa təkan verən həm də yerli klanlar arasındakı davadır. İnsan haqları təşkilatlarının fikrincə, ətrafdakı zorakılıqlar yerli müsəlmanların radikallaşmasına aparan səbəblərdən biridir.
Digər səbəb hakimiyyətin zorakaılığı və özbaşınalığıdır. Məsələn, kriminallarla və ya radikallarla mübarizə aparanda xüsusi qoşunlar evləri artilleriya atəşinə tutur, nəticədə günahsız adamlar da zərər çəkir.
Belə şərait yaraqlı islamçılar üçün əlverişli mühit yaradır. İslamın korrupsiyaya son qoymağa, sosial ədalətə, bərabərliyə çağırması çoxunun ürəyinə yayılan çağırışdır. Silahlı islamın öz ətrafına gəncləri toplaması problem deyil.
HAKİMİYYƏT KLANLARDAN VƏ KREMLDƏN ASILIDIR
Dağıstanda hakimiyyətdə qalmaq istəyni gərək Kreml və 30 etnik qrupun əksəriyyəti dəstəkləsin.
Dağıstanda ən böyük etnik qruplar - əhalinin 29 faizini təşkil edən avarlar, 16 faiz olan olan darginlər, 14 faizlik kumıklardır. Ruslar 10 faizdir.
Dağıstanda yazılmamış qanuna görə, prezident, parlament sədri, baş nazir müxtəlif etnik qruplardan olmalıdır.
Hakimiyyət nüfuzlu klanların monopoliyasındadır.
Hakimiyyət var-dövlətə və qohumbazlığa əsaslanır.
Heç bir prezident heç vaxt hakimiyyətin bu klan quruluşunu, azacıq da olsa, dəyişmək istəmir.
KREMLİN YENİ İSLAHATLARI
Radikal islamçılar Dağıstanda xilafət yaratmaq istəyirlər, Kreml isə bu ilin yanvarında Şimali Qafqaz Federal Ərazi qurumunu yaratmaqla cavab verdi. Bura Çeçenistan, Dağıstan, İnquşetiya, Qaraçay-Çərkəz və Qabardin-Balkar muxtar respublikaları, Şimali Osetiya və Stavropol diyarı daxildir.
İnzibati quruma ölkə prezidentinin nümayəndəsi kimi keçmiş biznesmen və Krasnoyarskın keçmiş qubernatoru Xloponin rəhbər təyin olunub. Xloponinin vaxtında Krasnoyarsk sürətli iqtisadi inkişafa və yaşayış standartlarının kəskin yüksəlməsinə nail olmuşdu. Xloponinə eyni vaxtda Rusiyanın baş nazirinin müavini vəzifəsi verilib.
Xloponin deyir ki, o, kənd təsərrüfatını, tikintini, turizmi və s.-ni inkişaf etdirəcək. Xloponin yerli hakimiyyətlərə müraciət edib ki, Dağıstanda və Şimali Qafqazda insanları dini maarifləndirsinlər, islamın dinc təbiətini izah etsinlər.
Rusiya prezidenti Medvedev əsli Dağıstandan və Şimali Qafqazdan olan biznesmenlərə müraciət edib ki, bu regionlara investisiya qoysunlar. Medvedev Dağıstana kənardan rəhbər qoymaq siyasətinə də keçir ki, bu da Jane Araşdırma Mərkəzinin fikrincə, klan siyasətindən uzaqlaşmaq cəhdidir.