Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:36

26 milyon manata “Səadət Sarayı”nda nə bərpa edilib?


“Səadət Sarayı”nın binası
“Səadət Sarayı”nın binası
DÖRD AYLIQ “SERBAZ” ÇOXMİLYONLUQ LAYİHƏNİ NECƏ “UDDU”?
Bakı milyonçusu Murtuza Muxtarovun 1911-12-ci illərdə cəmi iki ilə tikdirdiyi və son illərə qədər “Səadət Sarayı” kimi tanınan paytaxtın ən gözəl binalarından birinin təmir-bərpasına dörd il lazım olur. 2007-ci ildən başlayan təmirə indiyə qədər Nazirlər Kabinetinin sərəncamları ilə 26 milyon manat pul ayrılıb.

Bərpa işlərini Gənclər və İdman Nazirliyi “Serbaz” Layihə və Tikinti şirkətinə verib. “Serbaz” dövlət qeydiyyatına alından dörd ay sonra Gənclər və İdman Nazirliyinin Səadət Sarayı“nın bərpası kimi çoxmilyonluq layihəsini əldə edib. Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində həmin Nazirliyin “Səadət Sarayı” ilə bağlı keçirdiyi heç bir tender elanı yoxdur. Müstəqil iqtisadçılar deyirlər ki, “Serbaz” bu layihəni ümumiyyətlə tendersiz alıb.

“Səadət Sarayı”nın bərpasında cavabsız suallar haqqında AzadliqRadiosu və Azad İqtisadiyyata Yardım İctimai Birliyinin birgə araşdırması ilə "Korrupsiometr" saytında tanış olun.
XS
SM
MD
LG