Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Kürdə itkin düşən Sabirabad sakininin meyiti tapılıb


Sabirabad rayonunda Kürdə baş verən daşqınlar nəticəsində itkin düşən şəxsin meyiti tapılıb.

AzadlıqRadiosunun müxbirinin məlumatına görə 1992-ci il təvəllüdlü Qaragüney kənd sakini Ağaqasım İsrafilovun meyiti bu gün səhər saatlarında Çölqragüney kəndi ərazisindən tapılıb.

O, mayın 7-də Şirvanin Bayramlı qəsəbəsində itkin düşüb. 18 yaşlı gənc atla heyvan gətirən zaman sel onları aparıb.

***

Kür çayının səviyyəsinin qalxması nəticəsində Sabirabadın daha bir neçə kəndi su altında qalıb. Mayın 11-də gecə saatlarında Kür çayının Sabirabadın Mürsəlli kəndindən keçən hissəsində ikinci bənd dağılıb. Birinci bənd bundan bir gün qabaq dağılmışdı. Şıxlar kəndinin yarısı su altındadır.

AzadlıqRadiosunun müxbiri gecədən suyun içində qalan bir nəfərin – 35 yaşlı Fuad Zeynalovun xilas edildiyini bildirir. Mürsəlli kəndinin sakinini su axını qonşu kəndə aparıbmış.

Kənd camaatı köməksiz qaldıqlarından şikayətlənir.

Hazırda texnika və insan qüvvəsi Şıxlar kəndinin əsas hissəsini su basmadan qorumağa çalışır.

Kür suyu Sabirabadın Məmişlər və Qaralar kəndinin arxa istiqamətindən çöllüyə doğru axmaqdadır. Kənd camaatı səfərbər olub. Qorxurlar ki, su boşluq ərazini doldurandan sonra yenidən Məmişlər və Qaralar kəndinə doğru gələ bilər.

Əhali Sabirabad rayonundan da köçməkdədir. Kür qırağı kəndlərdə qalanlar yalnız kişilərdir.

Taksi sürücüləri Bakıya getmək üçün qiyməti 150 manata qədər qaldırıb. Əhali nəzarətsizlikdən narazıdır.

AzadlıqRadiosunun müxbirinin hadisə yerindən efirə dediklərini dinləyin:



MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG